04:09
(077) 610-22-33

Sabaha olan hava proqnozu

  • >
1 570 23 Avqust 2014 11:48 | Cəmiyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 24-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı, şimal-şərq küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu gecə 23-27, gündüz 32-37 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

AzNews.az
Bağla X