Millət vəkili Qənirə Paşayeva bir aylıq əmək haqqını İraq türkmalarına bağışlayıb. Millət vəkili Qənirə Paşayeva bir aylıq əmək haqqını İraq türkmalarına bağışlayıb.

Millət vəkili maaşını türkmanlara bağışladı

Millət vəkili Qənirə Paşayeva bir aylıq əmək haqqını İraq türkmalarına bağışlayıb.

AzNews.az Qənirə Paşayevanın internet səhifəsinə istinadən xəbər verir ki, deputat imkanı olan hər kəsi İraqda yaşayan soydaşlarımıza yardıma çağırıb.

"Mən bir aylıq maaşımı İraq türkmanlarına – yəni bu ölkədə yaşayan soydaşlarımıza yardım fonduna bağışladım və imkanı, gücü çatan hər kəsi onlara yardıma çağırıram. ...Bilirəm ki, hər səkkiz nəfərindən biri qaçqınlıq, köçkünlük taleyi yaşamış, mərhumiyyətlər görmüş Azərbaycan Respublikası vətəndaşları bu çağırışı dəstəkləyəcək. Söhbət canı canımızdan, qanı-qanımızdan olan İraq türkman qardaş-bacılarımızdan gedir. Son 100 ildə başı böyük müsibətlər çəkmiş qardaş-bacılarımızın bugünkü durumu son zamanlar İŞİD terror təşkilatının İraqda törətdiyi insanlıq dramı və vandalizm aktları üzündən çox ağırlaşıb. Şiə türkmanların durumu isə daha ağırdır. Çünki İŞİD üçün şiələr bağışlanmaz düşmənlərdir və təssüf ki, biz çağdaş sviliziasiya zamanında müsəlman dünyasında bu cür cahilliyin şahidi oluruq... Amma sünni türkman qardaşlarımız da İŞİD əlindən az əziyyət çəkmirlər. İŞİD-in türkman bölgələrinə hücumları sonucunda 200 mindən çox soydaşımız öz evlərini, yurdlarını tərk edərək qaçmaq, məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalıb..!

Qətlə yetirilən, köçkün salınan türkman qardaş-bacılarımızın sayı sürətlə artmaqdadır. Təlafər, Tuzhurmatu, Bayat köyləri, Bəşir ve Tazəhurmatu əhalisinin önəmli bölümü yaşayış yerlərini tərk etdi..! Bu insanların hər türlü insani yardıma və özəlliklə də, səhra istisindən qorunmaq üçün çadırlara ehtiyacı var. Kömək istəyirlər... Sizcə o köməyi kimlər ilk növbədə etməlidir yaxud qardaş-bacılarımızın ağıllarına gələn ilk ölkələr hansılardır?!. – Təbii ki, ilk öncə bizdən, dünyadakı qardaş-bacılarından, soydaşlarından!.. Onlar bütün Türk Dünyasına, dünyaya səslənirlər... Bizi eşidin deyirlər, bizi unutmayın deyirlər... Kömək edin deyirlər… Kömək gözləyirlər –hər keçən ay, həftə deyil, gün, saat belə onların əleyhinə işləyir..! Bu vahim gedişi durdurmaq üçün üzərimizə düşən mənəvi sorumluluğu dəyərləndirməliyik!".

Millət vəkili Azərbaycan Qızıl Aypara Cəmiyyətinin də əlindən gələn dəstəyi əsirgəməyəcəyinə inandığını deyib: "Bu cür işlərdə hər zaman öncüllük edən Azərbaycan Qızıl Aypara Cəmiyyəti də inanıram ki, əlindən gələn dəstəyi əsirgəməyəcək. Türkmanlara yardım təşkilatlarının hesab saylarını Sizinlə paylaşıram… Türkmeneli İşbirliği ve Kültür Vakfı hesapları Vakıflar Bankası – Çankaya Şubesi – Şube kodu: 281 TR33 0001 5001 5800 7293 5435 17 Türk Lirası hesabı TR33 0001 5804 8000 3306 20 ABD dolları hesabına "Türkmen mültecilerine bağış" yazaraq yatıra bilərsiniz. Amma yardımlarınızı necə edə bilməklə bağlı problemləriniz yaransa Türkmeneli İşbirliği ve Kültür Vakfı telefonları ilə :0090312. 442 42 65 və 0090312. 433 43 73 veya 009.0533.2552660(Şemsettin Küzeci) (Türkiyə) əlaqə saxlaya bilərsiniz. P.S. Bilirəm, yenə kimlərsə bu çağırışıma ağız büzəcək, kimlərsə tənqid edəcək, kimlərsə də, "bu bir reaklamdır" deyəcək, qoy desinlər – Tanrı hər kəsə öz ürəyinə görə versin. Amma ümid edirəm ki, insanlarımızın böyük bir hissəsi dəstəkləyəcək və İmkanı olanlar əllərindən gələn dəstəyi əsirgəməyəcəklər."



AzNews.az