Yeni tədris ilinin başlaması ilə Ebola virusunun yayıldığı ölkələrdən Azərbaycana tələbələrin gəlməsi ehtimalı var. Yeni tədris ilinin başlaması ilə Ebola virusunun yayıldığı ölkələrdən Azərbaycana tələbələrin gəlməsi ehtimalı var.

Ebola viruslu tələbələr Azərbaycanda... – AÇIQLAMA

Yeni tədris ilinin başlaması ilə Ebola virusunun yayıldığı ölkələrdən Azərbaycana tələbələrin gəlməsi ehtimalı var.



Bu ehtimal dəyərləndirilərək sərhəd-keçid məntəqələrində yaradılan sanitar-karantin müfəttişliyi fəaliyyətini daha da gücləndirəcək.

Səhiyyə Nazirliyinim Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov İnterpress.az-a bildirib ki, sanitar-karantin müfəttişliyində baxış zamanı vəziyyəti şübhə doğruan şəxslərlə bağlı bütün məlumatlar onların yaşadıqları ərazilər üzrə poliklinikalara göndəriləcək: "Belə hallarda həmin şəxslər müəyyən müddət nəzarətdə saxlanılır, vəziyyətləri gündəlik olaraq qiymətləndirilir. Ebola virusunun yayıldığı ölkələrlə Azrbaycanın əlaqəsi çox olmasa da bu ölkələrdən tələbələrin Dövlət Neft Akademiyası, Tibb Universitetində oxuması ehtimalı var. Buna gör də nəzarət tədbirləri gücləndiriləcək".

Ebola virusu ilə bağlı TƏS-da yaradılan qaynar xəttə müraciətlərə gəlincə isə Ş.Qurbanov indiyə qədər 4 müraciətin qeydə alındığını bildirİb: "Müraciətlər əsasən yüksək hərarətlə bağlı olur. Onlara ebola virusunun əlamətləri, yayılma şəraiti haqqında məlumat verilir".

AzNews.az