13:26
(077) 610-22-33

Bakıda 26 milyonluq layihədə şok maxinasiya - FOTOLAR (YENİLƏNİB)

  • >
5 446 26 Avqust 2014 15:57 | Cəmiyyət

Bakının Kürdəxanı qəsəbəsində su sayğaclarının qoyulması üçün abonentlərin hər birindən 70 manat pul tələb olunur.

Bu barədə AzNews.az-a qəsəbə sakinləri məlumat verib. Onlar bildiriblər ki, evlərə su sayğaclarının üst örtüyü, qutusu yerləşdirilib, sayğacların isə pul yığılmayana qədər qoyulmayacağı bildirilib. Sakinlərin dediyinə görə, qəsəbəyə yeni çəkilmiş su xəttinin sentyabr ayında istifadəyə veriləcəyi planlaşdırılır. Lakin görünür, rüşvət verməyən şəxsə bu sudan içmək qismət olmayacaq.

Sakinlər bu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini, lakin hələlik heç bir nəticənin olmadığını da bildiriblər.

Qeyd edək ki, bu su xətlərini "Azərsu" Açıq Səhmdar Cəmiyyəti ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) çəkir. Ötən ilin may ayında başlanmış su sisteminin çəkilişi artıq yekunlaşmaq üzrədir. Koreya hökumətinin ayırdığı 26 milyon dollar qrant hesabına həyata keçirilən layihəyə əsasən, Kürdəxanı qəsəbəsində müxtəlif diametrli polietilen borularla 90 km-ə yaxın içməli su xətti çəkilməli, 3600-dən çox ünvana birləşmə verilməli və hər bir abunəçi sayğacla təmin olunmalıdır.

Yeni layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Kürdəxanı qəsəbəsində 30 minə yaxın insanın su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşmasına hesablanıb. Lakin doğrudan da hər bir abonentdən 70 manat pul tələb olunursa, sadə bir hesablama ilə layihə hesabına nə qədər böyük bir məbləğdə pul mənimsənilməsini görmək olar. Bu məbləğ pulun kimin cibinə gedəcəyini isə hələlik dəqiq heç kim bilmir.

Məsələ ilə bağlı müraciət etdiyimiz "Azərsu"n da mvqeyini öyrənmişik. Qurumun mətbuat xidmətindən daxil olan məlumatı olduğu kimi təqdim edirik: "Qanunvericiliyin tələbinə uyğun olaraq ölkədə qeyri-əhali qrupu üzrə olan abonentlərə sayağaclar nəzərdə tutulan müəyyən vəsait hesabına, əhali qrupu üzrə pulsuz qurlaşdırılır. "Azərsu" Koreya şirkəti ilə, Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yaradılması layihəsi üzrə də müvaffiq işlər aparır. Layihə çərçivəsində qəsəbəyə yeni su və kanalizasiya xətləri çəkilir. Hələlik isə, su sayağaclarının qurlaşdırılması işi aparılmır. Bu işə yaxın vaxtlarda start verilməsi planlaşdırılır. Əhali qurupu üzrə sayağacların qurlaşdırılmasına görə, müəyyən vəsaitin təlab olunması məsələsi əsassızdır və həqiqəti əks etirmir".

(16:06)
***

"Azərsu" ASC-dən AzNews.az-a o da bildirilib ki, bəzi hallarda abunəçilər "Azərsu" ASC-yə dəymiş ziyana görə ödənilməli olan məbləği bu məsələ ilə qarışdırırlar: "Əgər əhali qrupu - istehlakçı abonent kod açılanadək sudan istifadə edibsə və heç bir ödəniş etməyibsə ona dəymiş ziyan hesablanır. Bu zaman orta statistik sərfiyyat 1 illik dövr ücün hesablanır. Yəni orta statistik ailə 4 nəfər götürülür və adambaşına ayda 5 kubdan 20 kub edir. Bu da ildə 240 kub edir. Bu da 30 qəpikdən (kanalizasiya olmayan yer olduğundan) 72 manat edir".

AzNews.az-ın əməkdaşının Kürdaxanıda çəkdiyi boş sayğac qutularının fotolarını təqdim edirik:






Vasif Əlihüseyn
AzNews.az
Bağla X