Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanda yas mərasimlərində israfçılığa yol verilməsi halları ilə bağlı bəyanat yayıb. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanda yas mərasimlərində israfçılığa yol verilməsi halları ilə bağlı bəyanat yayıb.

Şeyxdən dövlətin yas mərasimləri barədə qərarına dəstək -Bəyanat

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanda yas mərasimlərində israfçılığa yol verilməsi halları ilə bağlı bəyanat yayıb.


QMİ-nin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bəyanatda bildirilir ki, qurum yas mərasimlərində israfın əleyhinə olduğu barədə və bu mərasimlərin sadə şəkildə keçirilməsi ilə bağlı tövsiyəsini hər zaman cəmiyyətə bəyan edib: "Bu mövqe Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurasının üç il öncə, 13.07.2011-ci il tarixində dəbdəbəli toy-yas mərasimlərinin keçirilməsi ilə bağlı ictimaiyyətə ünvanladığı müraciətində əksini tapıb. QMİ dini baxımdan bəyənilməyən israfın hər zaman əleyhinədir və bu istiqamətdə atılan addımları dəstəkləyir. Odur ki, mətbuatda anonim mənbəyə istinadən verilən məlumatların QMİ-nin mövqeyi kimi qələmə verilməsinə qəti etiraz edərək, bir daha bildiririk ki, bəyanatdakı mövqeyimiz birmənalıdır. Bəyanatın mətni ilə maraqlananlar İdarəmizin rəsmi vebsaytında (www.qafqazislam.com) tanış ola bilərlər".

Xatırladaq ki, Azərbaycanda dövlət hüzr mərasimlərində ehsan verilməsi qaydasına nəzarət edəcək. AzNews.az-ın məlumatına görə, məqsəd yas mərasimlərində israfçılıq hallarının qarşısının alınmasıdır. Hökumət bununla bağlı konkret standartlar - menyu müəyyənləşdirib. Bundan sonra yas mərasimlərində israf qida məhsullarının verilməsinə qadağa qoyulub. Hüzr məclislərində süfrədə yalnız çay və qənd olacaq. İstisna hal kimi xurmanın olmasına məhdudiyyət qoyulmayacaq.
Ötən bir neçə gün ərzində rayon icra hakimiyyətləri başçılarının 1-ci müavinlərinin sədrliyi ilə inzibati ərazilər üzrə toplantılar keçirilib. Yerli din xadimlərinə, axund və mollaların diqqətinə çatdırılıb ki, məclislərdə qoyulan təlimatlardan kənara çıxılması hallarının qarşısının alınması üçün üzərlərinə düşən tədbirləri həyata keçirsinlər.

Qeyd edək ki, artıq bir neçə ildir Naxçıvan Muxtar Respublikasında və ölkənin bir neçə rayonunda ərazi üzrə rəhbər şəxslərin və ruhanilərin şəxsi təşəbbüsü ilə ehsab süfrələrində israfçılığın qarşının alınması üçün buna bənzər qərarlar verilib.

AzNews.az