13:09
(077) 610-22-33

Bakıda 4 saatdır davam edən tıxac

  • >
1 546 26 Avqust 2014 21:00 | Cəmiyyət

Bakı - Sumqayıt yolunun Şamaxinka adlanan ərazisində uzun tıxac yaranıb.

Aktual.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ərazidə qeydə alınan tıxac təxminən dörd saatdır ki, davam edir.

Müxbirimiz bildirir ki, tıxacın aradan qaldırılması üçün növbə çəkən Yol Patrul Xidmətinin əməkdaşı Bakı - Sumqayıt yolunun bağlı olduğunu və ona görə də alternativ kimi, Biləcəri istiqamətindən hərəkət etmək lazım olduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, paytaxtda yaranan tıxac geniş ərazini əhatə edir. Əməkdaşımız xəbər verir ki, Binəqədi yolunda da maşınların hərəkəti iflic vəziyyətə düşüb. Binəqədi kəndinə giriş yol polisi əməkdaşları tərəfindən qadağan edilib. Sürücülər məcbur olub Binəqədi - Balaxanı kəsişməsindən istifadə edir, lakin yolun yararsız olması, ərazi də uzun tıxacın yaranmasına səbəb olub.

AzNews.az
Bağla X