09:39
(077) 610-22-33

Vəkil Elçin Sadıqovdan Xədicə İsmayıla daha bir sərt – İTTİHAM

  • >
1 060 27 Avqust 2014 10:05 | Cəmiyyət

Vəkil Elçin Sadıqov ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda müstəqil medianın inkişafı üçün elan etdiyi 2,4 milyon dollarlıq qrant müsabiqəsinə sənəd təqdim edənlərin adlarını açıqlayıb.


AzNews.az xəbər verir ki, bu barədə Elçin Sadıqov öz "Facebook" səhifəsində məlumat verib.

O bildirib ki, bir neçə ay öncə USAİD 2,4 milyon dollar həcmində qrant müsabiqəsi elan edib: "Bidiyimə görə, burada 3 iddiaçı var- İREX və "İnternyus" təşkilatları. Hər iki təşkilat müsabiqəni udacaqları təqdirdə Media Hüququ İnstitutu ilə əməkdaşlıq edəcəkdilər. Üçüncü iddiaçı isə öz çevrəsi ilə hörmətli Xədicə İsmayılovadır. O, araşdırma jurnalistikasının inkişaf etdirilməsi ilə bağlı layihə təklifi verib. Mən belə bir nəticə çıxarmaqla tamamilə haqlıyam ki, Xədicə xanımın mənim və əməkdaşlıq etdiyim MHİ-nin əleyhinə qaralama kampaniyasının məqsədi qrant müsabiqəsənin əsas iddialıları olan iki təşkilatın tərəfdaşsız qalması görüntüsünü yaratmaqla öz layihəsinə əlavə şans qazandırmaqdır. İzah bu qədər sadədir".

Vəkil qeyd edib ki, İREX-in bank hesabına həbs qoyulmasını nəzərə alsaq və bura onun da iddiasını əlavə etsək çox maraqlı bir nəticə ortaya çıxır: "Özünü hamıya araşdırmaçı jurnalist kimi sırıyan Xədicə İsmayılova elə hökumətin adamı imiş. Çünki 2,4 milyon dollarlıq layihəyə iddialıların tərəfdaşı MHİ sıradan çıxıb, Xədicə xanım isə ortadadır və nə sirrdirsə onun bank hesabına və ölkəyə giriş-çıxışına heç bir məhdudiyyət qoyulmayıb. Belə yerdə deyiblər ki, "uşaqda fərasətə bax e..."".



AzNews.az
Bağla X