01:54
(077) 610-22-33

Bölgələrdə erkən nikahla bağlı tədbirlər başladı

  • >
1 381 27 Avqust 2014 10:38 | Cəmiyyət


Bölgələrdə erkən nikahın qarşısının alınması üçün marifləndirici tədbirlərə start verilib. "Gənclərin Sosial Problemlərinin Həllinə Kömək" İctimai Birliyindən AzNews.az-a verilən məlumata görə, təşkilatın Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra etdiyi "Özünü tanı, hüququnu bil!" adlı layihəsi çərçivəsində Şəmkir və Göygöl bölgələrində maarifləndirici seminarlar təşkil ediblər.

Seminarlarda Ailə Qadın Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, gənc qızlar, qadınlar və digər müxtəlif təbəqələrdən olan insanlar iştirak ediblər. Tədbir iştirakçılarına erkən nikahın yaranma səbəbləri, fəsadları və aradan qaldırılma üsulları, ölkə qanunvericiliyinin erkən nikah və məişət zorakılığının qarşısının alınmasına yönəlmiş müddəaları, həmçinin layihənin effektivliyinin artırılması ilə bağlı məlumat verilib. Erkən nigahların qarşısının alınması üçün seminar iştirakçılarına çap və təbliğat məhsulları da paylanılıb.

AzNews.az
Bağla X