Bakıdakı cəzaçəkmə müəssisələrinin birində 10 məhkum haqqı ödənilən işlə təmin olunacaq. Bakıdakı cəzaçəkmə müəssisələrinin birində 10 məhkum haqqı ödənilən işlə təmin olunacaq.

Azərbaycanda məhkumlara maaş veriləcək

Bakıdakı cəzaçəkmə müəssisələrinin birində 10 məhkum haqqı ödənilən işlə təmin olunacaq.



Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, Xidmət tərəfindən məhkumların ictimai faydalı əməyə cəlb olunması ilə bağlı yeni iş yerlərinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Bu sahədə həyata keçirilən tədbirlərdən biri də bu günlərdə 12 saylı cəzaçəkmə müəssisəsində müasir tələblərə uyğun istixananın yaradılması olub. Daha geniş məhkum kütləsinin əməyə cəlb olunması məqsədilə istifadəyə verilmiş yeni istixanada on məhkumun işlə təmin olunması nəzərdə tutulub. İstixanada tərəvəz məhsullarının yetişdirilməsi bir qayda olaraq müəssisədəki istehsalatdan əldə olunmuş əlavə gəlir hesabına həyata keçiriləcək.

Qeyd edək ki, cəza çəkənlərin haqqı ödənilən ictimai faydalı əməyə cəlb olunmaları istiqamətində işlər davam etdirilir. Bu məqsədlə cəzaçəkmə müəssisələrindəki mövcud şəraitin daha da yaxşılaşdırılması üçün Penitensiar Xidmət tərəfindən yaxın gələcəkdə yeni tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

AzNews.az