13:27
(077) 610-22-33

Təhsil nazirindən daha bir dəyişiklik-Nailə Rzaquliyeva da getdi

  • >
5 025 27 Avqust 2014 15:29 | Cəmiyyət

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi Nailə Rzaquliyeva tutduğu vəzifəsindən azad edilib.


AzNews.az-ın məlumatına görə, bu barədə əmri təhsil naziri Mikayıl Cabbarov bir neçə gün əvvəl imzalayıb.

Məlumatda o da qeyd olunub ki, N. Rzaquliyeva işdən azad edilməsi ilə bağlı əmr verilməmişdənbir ay əvvəl məzuniyyətə göndərilib.
Məsələ ilə bağlı əməkdaşımız Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidməti ilə əlaqə saxlayıb.

Xidmətin rəhbəri Arzu Tairquliyeva əməkdaşımızla söhbətində məlumatı təkzib etməyib: "Bu haqda məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətindən öyrənməyiniz məsləhətdir".

Təhsil Nazirliyinin Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrilə iş sektorunun müdiri Cəsarət Valehovla isə əlaqə saxlamaq mümkün olmayıb.



AzNews.az
Bağla X