09:35
(077) 610-22-33

Milli Qəhrəman Tahir Həsənovun adının 23 nömrəli məktəbə verilməsi ilə bağlı vəsatət qaldırılıb

  • >
614 27 Avqust 2014 17:26 | Cəmiyyət

Təhsil Nazirliyi 23 nömrəli məktəbdən Milli Qəhrəman Tahir Həsənovun adının götürülməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş övladlarımızın əziz xatirəsinə hörmət bəslənilməsi milli təhsil konsepsiyamızın vacib elementini təşkil edir. Hər bir təhsil ocağında Vətən torpaqları uğrunda şəhid olmuş qəhrəmanlarımızın keçdikləri döyüş yoluna həsr olunmuş xüsusi guşələr var.

23 nömrəli məktəbin muzeyində həmin tədris ocağının 1987-ci il məzunu olmuş Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənova həsr olunmuş yeni xatirə ekspozisiyası yaradılıb. Burada Milli Qəhrəmanın keçdiyi həyat və döyüş yolu haqqında, ailəsinin təqdim etdiyi şəxsi əşyalar, foto və yazılı materiallar nümayiş olunur.

Təhsil Nazirliyi onu da qeyd edir ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, şəhid adlarının məktəblərə verilməsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə həyata keçirilir. Şəhid adının əbədiləşdirilməsi məqsədilə Təhsil Nazirliyi Milli Qəhrəman Tahir Həsənovun adının 23 nömrəli məktəbə verilməsi ilə bağlı aidiyyəti qurumların qarşısında vəsatət qaldırıb.

Təhsil Nazirliyi mətbu orqanlarında və sosial şəbəkələrdə milli qəhrəmanlarının adlarının hər hansı "sensasiya" axtarışında istifadə olunmasını təəssüf hissi ilə qarşılayır və qətiyyətlə pisləyir.

AzNews.az
Bağla X