- Köhnə - Cəmiyyət
- 28 Avqust 2014 09:05
- 3 876
Bu rayonlarda qaz kəsiləcək
Azərbaycanın bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu barədə "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a məlumat verilib.
Məlumatda qeyd olunur ki, qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 11:00-dan 18:00-dək Samux və Lənkəran rayonlarının bir hissəsinə, həmçinin saat 16:00-dək Göyçay rayonunun Qarayazı və Qaraməryəm kəndlərinə, saat 18:00-dək Şamaxı rayonunun Qurdtəpə, Meysəri və Muğanlı kəndlərinə, Ağsu rayonunun isə Dilman və Xatman kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.
AzNews.az