Dünən işdən azad olunan Bakı Təhsil Idarəsinin rəisi Nailə Rzaquliyevanın yerinə təyinat olub. Dünən işdən azad olunan Bakı Təhsil Idarəsinin rəisi Nailə Rzaquliyevanın yerinə təyinat olub.

Nailə Rzaquliyevanı kim əvəz edir? - Nazirdən yeni əmr

Dünən işdən azad olunan Bakı Təhsil Idarəsinin rəisi Nailə Rzaquliyevanın yerinə təyinat olub.

AzNews.az-a daxil olan məlumata görə, Təhsil naziri Mikayıl Cabbarov bu posta İdarənin rəis müavini vəzifəsində çalışan Məmmədəli Kəsəmənlini layiq bilib.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr sektorundan AzNews.az-ın sorğusuna bir cümlə ilə cavab verilib: "Boş vəzifə üzrə əmək funksiyalarını müvəqqəti olaraq BŞTİ-nin müdir müavini Məmmədəli Kəsəmənli icra edir".

İdarənin cavabından belə anlaşılır ki, Məmmədəli Kəsəmənlinin rəis vəzifəsinə rəsmi təyinatı yoxdur, lakin bu vəzifənin icrası müvəqqəti olaraq ona tapşırılıb:

Xatırladaq ki, xeyli müddət idi ki, bu vəzifəni icra edən Nailə Rzaquliyeva dünən təhsil naziri Mikayıl Cabbarovun əmri ilə vəzifəsindən azad olunub. N.Rzaquliyeva mətbuata açıqlamasında öz ərizəsilə işdən getdiyi və bundan sonra heç bir vəzifədə çalışmaq istəmədiyini deyib.


Amid
AzNews.az