Azərbaycan prezidenti İlham Əliyev Beyləqanda Gənclər Mərkəzinin açılışında iştirak edib. Azərbaycan prezidenti İlham Əliyev Beyləqanda Gənclər Mərkəzinin açılışında iştirak edib.

İlham Əliyev bir sıra obyektlərin açılışında iştirak etdi

Azərbaycan prezidenti İlham Əliyev Beyləqanda Gənclər Mərkəzinin açılışında iştirak edib.

AzNews.az-ın məlumatına görə, dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, mərkəzin binasının inşasına 2013-cü ilin mayında başlanılıb. Mərkəzdə gənclər kafesi, tir atıcılıq mərkəzi, karaoke, 3D kino zalları fəaliyyət göstərəcək. Binadakı 120 yerlik iclas və 14 yerlik akt zallarında gənclərin müxtəlif toplantı və görüşlərinin keçirilməsi üçün bütün şərait var.

Prezident İlham Əliyev mərkəzdə rayon gəncləri və ictimaiyyətin nümayəndələri ilə görüşüb.

Dövlət başçısı Beyləqan rayonuna səfəri çərçivəsində həmçinin şahmat məktəbinin açılışında iştirak edib. Məlumat verilib ki, şahmat məktəbinin inşasına 2013-cü ilin mayında başlanılıb və 2014-cü ilin fevralında tikinti işləri başa çatdırılıb. İnşaat işləri daxili imkanlar hesabına həyata keçirilib.

Prezident İlham Əliyev Beyləqanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən uşaq bağçasının açılışında da iştirak edib. 80 yerlik binanın inşasına 2014-cü ilin yanvarında başlanılıb, iyul ayında başa çatdırılıb.

Dövlət başçısı Beyləqanda ümummilli lider Heydər Əliyevin abidəsini də ziyarət edib.

AzNews.az