Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 5 aylıq Azər Əlizadənin müayinə və müalicəsini nəzarətə götürüb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 5 aylıq Azər Əlizadənin müayinə və müalicəsini nəzarətə götürüb.

Heydər Əliyev Fondu 5 aylıq uşağı müalicə edəcək

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 5 aylıq Azər Əlizadənin müayinə və müalicəsini nəzarətə götürüb.



Fonddan Anspress-ə verilən məlumata görə, Mehriban Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondunun nümayəndələri bu gün A.Əlizadənin atası Ruslan Əlizadə ilə görüşərək uşağın səhhəti, bu vaxtadək aparılmış müayinələrin nəticəsi ilə maraqlanıblar.

Qeyd edək ki, avqustun 27-də A.Əlizadənin atası R.Əlizadə müraciət edərək Azərbaycanın özəl klinikalarının birində sağ gözündən ciddi zədə almış körpənin müalicəsi üçün yardım istəmişdi.

Bu müraciətdən sonra keçirilən görüşdə bildirilib ki, A.Əlizadənin müalicəsi ilə bağlı bütün məsələləri Heydər Əliyev Fondu öz üzərinə götürür.

AzNews.az