07:53
(077) 610-22-33

İlham Əliyev Füzuli rayonunda bir sıra obyektlərin açılışında iştirak edib

  • >
632 29 Avqust 2014 10:27 | Cəmiyyət

Azərbaycan prezidenti İlham Əliyev Füzuli rayonuna səfəri zamanı rayonun Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.


APA – nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən bu muzeydə ibtidai dövr, tunc dövrü, orta əsrlər, yeni və ən yeni dövrlərə aid bölmələr var. Xüsusi memarlıq üslubunda tikilən bina bütün lazımi kommunikasiya xətləri və müvafiq avadanlıqla təchiz olunub.

Prezident İlham Əliyev Füzuli rayonundan olan Musa Yaqubovun hazırladığı 16 musiqi aləti ilə tanış olub.

Dövlət başçısı həmçinin Horadiz şəhərində Füzuli Rayon İcra Hakimiyyətinin yeni binasında yaradılan şəraitlə tanış olub. Prezident əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Azərbaycan prezidenti Əhmədalılar – Mollaməhərrəmli – Arayatlı – Babı kəndlərarası avtomobil yolunun açılışında da iştirak edib. 13 yaşayış məntəqəsini birləşdirən yolun ümumi uzunluğu 32 kilometrdən çoxdur. Eni 8 metr olan yol 4-cü texniki dərəcəlidir. Yol üzərində 28 su keçidi yerləşir.

AzNews.az
Bağla X