16:46
(077) 610-22-33

Ziya Məmmədovun qardaşı qızının ölümü ilə bağlı açıqlama-DİN

  • >
2 178 29 Avqust 2014 11:00 | Cəmiyyət

Daxili İşlər Nazirliyi, Nəqliyyat Naziri Ziya Məmmədovun qardaşı qızının avtoqəzada ölümü ilə bağlı məlumat yayıb.



AzNews.az DİN-nin saytına istinadən xəbər verir ki, avqustun 28-də saat 01:00 radələrində Xaçmaz rayonu ərazisində Quba şəhər sakini Ramiz Almazov idarə etdiyi "KİA" markalı avtomobili at arabası ilə tokkuşub. Nəticədə eyni istiqamətdə hərəkətdə olan Köhnə-Xaçmaz kənd sakini Məhərrəm Cəbiyevin idarə etdiyi "KamAZ" markalı avtomobil onun avtomobilinə dəyib. Hadisə zamanı R.Almazovun sərnişini - Bakı şəhər sakini Günay Ələsgərova hadisə yerində ölüb.

Hazırda faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

AzNews.az
Bağla X