14:06
(077) 610-22-33

Özəl məktəblərdə yoxlamalar başlayır

  • >
447 13 Sentyabr 2012 11:19 | Cəmiyyət

Monitorinqi Təhsil Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi aparacaq



Azərbaycanda bütün özəl təhsil müəssisələrinin lisenziya tələblərinə uyğun fəaliyyət göstərib-göstərmədiyini araşdırmaq üçün monitorinqlərin keçirilməsi nəzərdə tutulur. Bunu Xezerxeber.com-a Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev deyib.

Onun sözlərinə görə, monitorinqlər İqtisadi İnkişaf Nazirliyi (İİN) ilə birgə keçiriləcək. Zərbəliyev bildirib ki, təhsil müəssisələri Nazirlər Kabinetinin müəyyənləşdirdiyi lisenziya şərtlərinə uyğun fəaliyyət göstərməlidirlər. "Hər il təhsil müəssisələri onlarda lisenziya şərtlərinə uyğun olaraq hansı dəyişikliklərin baş verdiyi barədə Təhsil Nazirliyinə məlumat verirlər. Monitorinq də həmin dəyişikliklərin yoxlanması məqsədilə həyata keçiriləcək. Bu da İİN-lə razılaşdırılmış şəkildə olacaq", - şöbə müdiri qeyd edib.

Onun sözlərinə görə, monitorinqlər zamanı lisenziya şərtlərini pozan məktəblərə qarşı müəyyən tədbirlər görülə bilər. Bu tədbirlər məktəblərin nöqsanlarına uyğun olaraq, müəyyən ediləcək. Lisenziya şərtlərini ciddi pozan məktəblərin, hətta fəaliyyəti dayandırıla bilər. Zərbəliyev monitorinqlərin yeni tədris ili ərzində aparılacağını qeyd edib.

AzNews.az
Bağla X