22:25
(077) 610-22-33

ATƏT-in cəbhə xəttində monitorinqi baş tutdu

  • >
687 29 Avqust 2014 17:41 | Cəmiyyət

ATƏT-in cəbhə xəttində monitorinqi baş tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 29-da Tovuz rayonu Ağdam kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik və səhra köməkçisi Piter Svedberq keçiriblər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Jiri Aberle keçiriblər.

AzNews.az
Bağla X