17:12
(077) 610-22-33

MTRŞ İTV-yə məhdudiyyət qoyacaq

  • >
447 13 Sentyabr 2012 12:32 | Cəmiyyət

Xarici filmləri subtitrlərlə verməsi üçün hədd olacaq



Yaxın günlərdə Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televizya və Radio Yayımları Şirkətinin xarici filmləri subtitrlərlə verməsi üçün minimum hədd qoyacaq. Bunu APA-ya açıqlamasında MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.

O bildirib ki, qanunla İTV-nin xarici bədii, sənədli filmləri subtitrlərlə verməsinə icazə verilib: "MTRŞ ümumiyyətlə, xarici filmlərin subtitrlərlə verilməsində maraqlı deyil. Çünki bu zaman səslənmə başqa dillərdə olacaq. Yenə də Azərbaycan dili ilə bağlı problem gündəmə gələcək.

Çalışacağıq ki, bu həddi minimum səviyyədə müəyyən edək. Maarifçilik xarakterli bəzi filmlərə, Azərbaycan dövlətinin siyasətinə uyğun, dünya miqyasında yüksək qiymət almış filmlərin göstərilməsinə izacə verəcəyik. Bu zaman əsas dil kimi rus və ingilis dilləri seçiləcək. Çünki başqa dillərdə bu filmlərin verilməsinin elə də əhəmiyyəti olmayacaq. Çünki əhalinin böyük əksəriyyəti fransız, alman və ya yapon dilini bilmir".

Şura sədri bəyan edib ki, MTRŞ bu məsələyə baxaraq İTV-yə xarici filmlərin subtitrlərlə verməsi üçün aylıq norma müəyyən edəcək: "Əgər norma müəyyən edilməzsə, bütün filmlər subtitrlərlə verilərsə, bu, çox asan yol olar. Bu hala yol vermək olmaz. Normanın hansı həddə müəyyən ediləcəyi ilə bağlı hələlik qərar verilməyib. Yaxın günlərdə şuranın iclası keçiriləcək və bununla bağlı qərar veriləcək".

Əminə
AzNews.az
Bağla X