Təhsilə həsr olunmuş konfransda məktəblərin imtahan göstəriciləri açıqlandı Təhsilə həsr olunmuş konfransda məktəblərin imtahan göstəriciləri açıqlandı

Binəqədinin İcra başçısı millət vəkillərini rayona topladı

Təhsilə həsr olunmuş konfransda məktəblərin imtahan göstəriciləri açıqlandı



Bu gün Binəqədi rayon İcra Hakimiyyətində 2011-2012-ci il tədris ilində ali məktəblərə qəbul imtahanlarının nəticələrinə və yeni dərs ilinə hazırlıq məsələlərinə həsr olunmuş konfrans keçirilib. Konfransda Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Rafael Cəbrayılov, Eldar İbrahimov və Madər Musayev iştirak edib.

Tədbirdə təhsil ictimaiyyətinin nümayəndələri də çıxış edib. Ali məktəblərə qəbul imtahanlarında fərqlənən abituriyentlərə və müəllimlərə hədiyyələr təqdim olunub.

Tədbirdə çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov bildirilib ki, rayon üzrə məzunların 2247 nəfəri ailə məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün sənəd verib. Bu göstərici də ötən ilə nisbətən 62 nəfər azdır. Sənəd verənlərin 52.69%-i ali məktəbə qəbul olub ki, bu da ötən ilə nisbətən 18 nəfər çoxdur. Vüsal İsmayılovun sözlərinə görə, 600-dən çox bal toplayanlar 63 nəfər olub ki, bu da ötən illə müqayisədə 9 nəfər azdır.

500-dən yuxarı bal toplayanlar isə 216 nəfər olub. O, 2011-2012-ci il tədris ilinin nəticələrinə görə, ilk yerdə dayanan məktəbləri də açıqlayıb. Bu məktəblər 144, 283 və 83 saylı məktəblər olub. 30, 100, 126, 157, 143, 179, 182, 205, 217, 284, 297, 298, 301, 306 və 317 nömrəli məktəblərdə qəbul faizi 50%-dən də aşağı olub. 103, 205, 301, 306, 313 nömrəli məktəblərdə isə 600-dən çox bal toplayan tələbələr olmayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, Binəqədi rayonunun 267 saylı məktəbi, məzunların ballarına və 500-dən çox bal toplayan abituriyentlərin sayına görə 1-ci yerdə dayanır.

E. Əlosmanqızı
AzNews.az
image description image description image description image description image description