00:55
(077) 610-22-33

TQDK xəbərdarlıq etdi

  • >
2 942 2 Sentyabr 2014 12:41 | Cəmiyyət

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə avqustun 30-dan elan olunmuş ixtisas seçimi sentyabrın 3-ü saat 23:59-da başa çatacaq.



TQDK-nın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən abituriyentlər qeyd olunan vaxta qədər ixtisasları seçib, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidirlər.

Elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak etmək hüququnu itirirlər.

İxtisas seçimi elanı, boş qalan yerləri olan ixtisasların siyahısı "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunmuşdur. 2 sentyabr saat 14:00-a olan məlumata görə 555 abituriyent ixtisas seçimi edərək elektron ərizəsini təsdiqləyib.

AzNews.az
Bağla X