15:31
(077) 610-22-33

Komitə sədri yas mərasimləri ilə bağlı inzibati qadağanın əleyhinə çıxdı

  • >
1 122 3 Sentyabr 2014 12:28 | Cəmiyyət

"Azərbaycanda yas mərasimləri ilə bağlı qanunvericiliyə hansısa məhdudlaşdırıcı dəyişiklik edilməsinə ehtiyac yoxdur".

Bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

O, qeyd edib ki, yas mərasimləri ilə bağlı məsələ ancaq tövsiyə xarakteri daşıya bilər və belə də olacaq: "Biz komitə olaraq bu yolla yas mərasimlərinin vətəndaşlarımız tərəfindən normal keçirilməsinə nail olacağıq. Bu, yalnız izahat və yerlərdə din xadimlərimizlə birgə fəaliyyət nəticəsində həll olunacaq. Ona görə də bununla bağlı deyildiyi kimi, hansısa qanunun qəbul olunmasına biz ehtiyac görmürük".

AzNews.az
Bağla X