Onu nazirlik əməkdaşları ilə rayon ərazisini gəzməyə nə vadar edib? Onu nazirlik əməkdaşları ilə rayon ərazisini gəzməyə nə vadar edib?

İcra başçısı gecə saat 2-də məktəbləri niyə gəzirmiş?

Onu nazirlik əməkdaşları ilə rayon ərazisini gəzməyə nə vadar edib?



"Bəzi direktorlar barədə mənə siqnallar çatır. Onlara xəbərdarlıq edirəm ki, özbaşnalıqlara son qoysunlar. Bəzi məktəb direktorları deyirlər ki, daxili imkanlar hesabına məktəbdə iş görmüşük. Məktəbin nə daxili imkanı ola bilər? O cür ola bilər ki, valideynlərdən nə isə tələb etsinlər. Dövlət var, siz sadəcə problemi qaldırın. Tədbiri biz görəcəyik".

Bunu Binəqədi rayon İcra başçısı Xaləddin İsgəndərov bildirib. Onun sözlərinə görə, büdcə vəsaitinin xərclənməsi istiqamətində yanlışlıq aşkarlanan məktəb direktorları öz taleləri ilə oynayırlar: "İqtisadi İnkişaf Nazirliyi ilə məktəbləri gəzmişik.

Gecə saat 2-yə qədər məktəblərdə olmuşuq. Hər bir iş öz yerində olsa, biz niyə gecə saat 2-yə qədər məktəbləri dolaşardıq ki? Müəllimə yaraşarmı ki, qollarını çırmalayıb pəncərə silsinlər? Bu məsələləri hüquq müdafiə orqanları ilə də müzakirə etmişik. Nöqsanlar aşkarlanarsa, ciddi tədbirlər görəcəyik". X. İsgəndərov bəzi məktəb direktorlarını laqeydlikdə qınayaraq, onları məktəblərdə aparılan təmir işlərinə düzgün nəzarət etməyə çağırıb.

E. Əlosmanqızı
AzNews.az