09:16
(077) 610-22-33

“Peyğəmbərə 40 sual”dan – Beşinci sual

  • >
730 14 Sentyabr 2012 09:17 | Cəmiyyət

AzNews.az saytı "Stolüstü kitab" rubrikasında çoxunun stolüstü kitabına çevrilən "Peyğəmbərə 40 sual-cavab" kitabından istifadə etməklə, sonuncu peyğəmbər Məhəmmədə (s.ə.s) ünvanlanan sualları və Allahın Rəsulunun cavablarını təqdim edir.


Ərşi götürən mələklər haqqında danış, ya Məhəmməd.

Peyğəmbər cavab verdi ki, Allah-taala dörd məleykə yaratdı. Əzəmətli və heybətlidirlər. Hər birinin dörd üzü, dörd əli var.

Əllərinin biri öndə, biri arxada, biri sağda, biri isə soldadır. Allahın dərgahında onlardan mükərrəm və müşərrəf məleykə yoxdur. Ərş həmin bu dörd məleykənin boyunları üzərində qoyulmuşdur.
Həzrəti Cəbrayıl xəbər verir ki, Ərşi götürən mələklərin başlarından ayaqları olan yerə qədər məsafə iki yüz yetmiş illik yol qədərdir.

Allah-taala cəmi mələklərə əmr etmişdir ki, hər gün iki dəfə - axşam və səhər gəlib o mələklərə salam versinlər...

AzNews.az
Bağla X