“Teleseriallara dövlət büdcəsindən maliyyə vəsaitinin nə vaxt ayıracağı haqda bir söz deyə bilmərəm”. “Teleseriallara dövlət büdcəsindən maliyyə vəsaitinin nə vaxt ayıracağı haqda bir söz deyə bilmərəm”.

Nuşirəvan Məhərrəmli teleserialların keyfiyyətindən danışdı

“Teleseriallara dövlət büdcəsindən maliyyə vəsaitinin nə vaxt ayıracağı haqda bir söz deyə bilmərəm”.



Bunu AzNews.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nüşirəvan Məhərrəmli deyib.

O bildirib ki, seriallara dövlət vəsaitinin ayrılması MTRŞ-nın səlahiyyətində deyil:
"Televiziya kanallarında Azərbaycan istehsalı olan seriallar yayımlanır. Bu bizi sevindirir. Amma keyfiyyət baxımından hələ də görüləsi işlərimiz çoxdur. Əsas istəyimiz budur ki, televiziyalarda keyfiyyətli serialların sayı artsın".

N. Məhərrəmli sponsor hesabına ərsəyə gələn seriallar haqda da danışıb: "Bütün dünyada seriallar sponsor hesabına, yaxud da şəxsi imkanlar hesabına ərsəyə gəlir. Dövlət çox nadir hallarda seriallara maliyyə vəsaiti ayırır. Bu bizdə də baş verərsə, buna ancaq sevinərik".

Bahar Rüstəmli
AzNews.az