DDYI sərnişin sıxlığını aradan qaldırmaq üçün tədbirlər görür DDYI sərnişin sıxlığını aradan qaldırmaq üçün tədbirlər görür

Bölgələrdən Bakıya axın çoxalıb

DDYI sərnişin sıxlığını aradan qaldırmaq üçün tədbirlər görür

Yeni tədris ilinin başlaması ilə əlaqədar ölkənin bölgələrindən Bakıya axın çoxalıb. Son günlər müşahidə olunan sərnişin sıxlığını aradan qaldırmaq üçün Dövlət Dəmir Yolu İdarəsi bütün istiqamətlərdə hərəkət edən qatarlara əlavə vaqonların qoşulmasını həyata keçirir. Bu barədə məlumatı AzNews.az-a idarənin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov verib.

İdarə nümayəndəsinin sözlərinə görə, əlavə vaqonların qoşulması 12-16 sentyabr tarixlərində davam edəcək. Həmçinin sərnişin sıxlığı ilə əlaqadar süni qiymət artımının baş verməməsi üçün nəzarət gücləndiriləcək.

Elnarə
AzNews.az