11:29
(077) 610-22-33

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Yussenko İnstitutu ilə əməkdaşlıq edəcək

  • >
528 15 Sentyabr 2014 09:26 | Cəmiyyət

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.



Sənəd qlobal və regional miqyasda etik prinsiplərə əsaslanan dialoq və əməkdaşlığın təbliğini nəzərdə tutur. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Esmira Xəlilovanın Aznews.az-a verdiyi məlumata görə, bütün xalqların qanunun aliliyinin qorunduğu və sülhün mövcud olduğu müştərək cəmiyyətdə yaşamaq hüququnu qəbul edən hər iki qurum mədəniyyət, dialoq, sülh və tolerantlığın təbliğ olunması istiqamətində birgə fəaliyyət göstərəcək.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İcraçı direktoru Rövşən Muradov Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenkonun rəhbərlik etdiyi "Ukrayna 3000" fondu ilə də birgə əməkdaşlıq haqqında müqavilə imzalayıb. Bu memorandum humanitar sahədə, eləcə də Ukrayna və Azərbaycan xalqları, mədəniyyətləri arasında dialoq və anlaşmanı nəzərdə tutur.

Hər iki sənəd Andorrada keçirilən "Avropada etimadın bərpa olunması" beynəlxalq konfrans çərçivəsində imzalanıb.

Qeyd edək ki, Ukraynanın dövlət və siyasi xadimi, ölkənin 3-cü prezidenti olmuş (2005-2010) Viktor Yuşşenko bu ilin mayından Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür. O aprel ayında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə Bakıda keçirilmiş II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edib.

AzNews.az
Bağla X