17:10
(077) 610-22-33

Avrasiya Universitetinin rektorunun ölüm xəbəri yayıldı

  • >
4 114 14 Sentyabr 2012 17:20 | Cəmiyyət

Prorektor Nərgiz Həsənova rektoru niyə “öldürdü”?



Avrasiya Universitetinin prorektoru Nərgiz Həsənova bu gün AzNews.az-ın əməkdaşına şok məlumat verib: "Avrasiya Universitetinin rektoru qəfil rəhmətə gedib. Sabah gələrsən sənədləri verərik" deyə ona qapınıı göstərib. Məlumat üçün bildirək ki, əməkdaşımız ora bu ali məktəbin keçmiş müəllimi olmuş tanışının "xasiyyətnamə"sini almaq üçün gedibmiş. Prorektor bir neçə dəfə bu "xasiyyətnamə"ni verməkdən müxtəlif bəhanələrlə boyun qaçırıb.

Rektor Nazim Hüseynovun ölüm xəbərini eşitdikdən sonra başsağlığı vermək və "xasiyyətnamə"nin "taleyi" ilə maraqlanmaq məqsədi ilə Universitetə yollandıq. Məlum oldu ki, Nərgiz Həsənova əməkdaşımıza yalan məlumat verib.

O, söylədiyi yalanı belə ört-basdır etmək istədi: "Düzdür bizdə rəhmətə gedən olub, amma rektor yox, jurnalistika və filologiya fakültəsinin dekanı dünyasını dəyişib. "Xasiyyətnamə"yə də o, qol çəkməliydi".

Sonradan məlum oldu ki, Nərgiz xanım bu sözləri də yalan deyir. Belə ki, jurnalistika və filologiya fakültəsinin dekanı Məmməd Əsgərov bu gün yox, iki il bundan əvvəl rəhmətə gedib. Yeni dekan isə hələ ki, sağ-salamatdır. Təki sağlıq olusun.

Bu xoş xəbərləri eşidəndən sonra Nərgiz xanımın Titan qoxulu mövqeyinin səbəblərini araşdırmağı lüzum bilmədik. "Nərgiz xanıma "hörmət" etməsəniz, "xasiyyətnamə" ala bilməzsiniz" sözlərinə də fikir vermədik.
Amma səlahiyyətli orqanlar prorektorun bizə ərmağan etdiyi bu xəbərləri dəqiqliyi ilə araşdırsa, ən azından "ölüm-itim" az olar.

Elçin
AzNews.az
Bağla X