Konfransda çıxış edən Diaspora İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ruslan Quliyev azərbaycanlı gənclərin təşkilatlanmasının və ölkəmizlə bağlı həqiqətlərin təbliğində fəal iştirakının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Konfransda çıxış edən Diaspora İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ruslan Quliyev azərbaycanlı gənclərin təşkilatlanmasının və ölkəmizlə bağlı həqiqətlərin təbliğində fəal iştirakının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Gənclər Birliyinə yeni sədr seçilib

Konfransda çıxış edən Diaspora İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ruslan Quliyev azərbaycanlı gənclərin təşkilatlanmasının və ölkəmizlə bağlı həqiqətlərin təbliğində fəal iştirakının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Konfransda çıxış edən Diaspora İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ruslan Quliyev azərbaycanlı gənclərin təşkilatlanmasının və ölkəmizlə bağlı həqiqətlərin təbliğində fəal iştirakının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, UAGB-nin ötən 4 il ərzində həyata keçirdiyi layihələrlə Vətənə sədaqətlə xidmət etdiyini vurğulayan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dneprepetrovsk Vilayət təşkilatının sədri Qüdrət Hacıyev, Konqresin Ali Məclisinin rəhbəri Akif Gülməmmədov və digəriləri Birliyə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Sonra UAGB-nin sədri Anar Tahirov təşkilatın fəaliyyəti ilə bağlı hesabat xarakterli çıxış edib. Daha sonra Ukraynanın 20 vilayətindən 80 gəncin qatıldığı konfransda qurumun yeni sədri və İdarə Heyəti seçilib. Təşkilatın möhürü və sənədləri gənclərin yüksək etimadını qazanan İlhamə Allahverdiyevaya təqdim olunub. UAGB-nin sədr kürsüsünə layiq görüldüyünə görə konfrans iştirakçılarına minnətdarlığını bildirən İlhamə Allahverdiyeva təşkilatın gələcək fəaliyyət proqramını açıqlayıb.

Qeyd edək ki, İlhamə Allahverdiyeva Ukraynanın Kiyev vilayətinin Pripyat şəhərində doğulub, Taras Şevçenko adına Milli Universitetinin tarix fakültəsinin məzunudur. O, UAGB sədrinin Mədəniyyət məsələləri və İctimaiyyətlə Əlaqələr üzrə müavini və İdarə Heyətinin üzvü idi.

Tədbirin sonunda bir sıra şəxslərə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəxri diplomları təqdim olunub.

Xatırladaq ki, Ukrayna Azərbaycanlıları Gənclər Birliyi 2010-cu ildə təsis edilib. Ukraynanın 19 vilayətində regional təşkilatlarını yaradan birliyin nəzdində şən və hazırcavablar klubu, milli musiqi ansamblı, "Bakı" ftbol komandası fəaliyyət göstərir. Birliyin əsas məqsədi xalqımızın qədim adət-ənənələrini, zəngin mədəni irsini qoruyub yaşatmaq, Azərbaycan həqiqətlərini təbliğ etmək, əsasən də, Ukraynada böyüməkdə olan azərbaycanlı gənclərin bu ölkənin ictimai-siyasi həyatına inteqrasiyasını təmin etməkdən ibarətdir.

AzNews.az