15:34
(077) 610-22-33

Gənc yazarın məsələsinə Bakı Şəhər Baş Polis İdarəsi qarışdı

  • >
2 658 17 Sentyabr 2014 09:56 | Cəmiyyət

Bakının mərkəzində təzyiqlərə və təhqirlərə məruz qalan gənc yazar Sona Yaqubova haqqında mətbautda gedən informasiyalardan sonra o, Bakı şəhər Baş Polis İdarəsinə çağrılıb.



S.Yaqubovanın AzNews.az-a verdiyi məlumata görə, onu idarənin yüksək rütbəli şəxsləri qəbul edərək, məsələ barədə ətraflı məlumat alıblar.

Daha sonra ondan izahat alınıb və təqsirkarların cəzalandırılacağı deyilib.

Qeyd edək ki, Gənc yazar Sona Yaqubova Bakının mərkəzində təzyiqlərə və təhqirlərə məruz qalıb. O, bir neçə gəncin ona sataşması, yolla getdiyi vaxtda onu narahat etmələrilə bağlı 102 xidmətinə zəng edib. Hadisə yerinə gələn polislər onları Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə aparıblar. Lakin işlə maraqlanmalı olan təhqiqatçıya gələn qəfil zəng jurnalistin şikayət etdiyi gəncləri məsuliyyətdən yayınmasına səbəb olub. Onlar günahsız kimi tanınaraq, sərbəst buraxılıb. Bu barədə məlumatı Sona Yaqubova özünün facebook səhifəsində yazıb.

AzNews.az
Bağla X