“Peyğəmbərə 40 sual”dan – Altıncı sual

AzNews.az saytı "Stolüstü kitab" rubrikasında çoxunun stolüstü kitabına çevrilən "Peyğəmbərə 40 sual-cavab" kitabından istifadə etməklə, sonuncu peyğəmbər Məhəmmədə (s.ə.s) ünvanlanan sualları və Allahın Rəsulunun cavablarını təqdim edir.


Ərşin xoruzundan xəbər ver, ya Məhəmməd.
Yeddinci göydə nə vardır ki, onun vücudundan yer üzərinə rəhmət yağır?


Peyğəmbər Ə.S. cavab verdi ki, haqq-taala yeddinci qat göydə bir əmud yaratmışdır. Yaşıl zümrüddəndir. O zümrüdün üzərində bir quş xəlq etmişdir. Xoruz şəklində olmaqla əlvan cəvahirdəndir. Həmin quşun beş yüz qanadı var. Hər qanadında minlərlə lələk vardır. Onlardan ənbər iyi gəlir. Lələklər üzərində yaşıl xətlə belə yazılıb: "Bismillahir-rəhmanir-rəhim. Küllü şeyin helikun illə vəchəhü (ləhül-hükmü və ileyhi turcəynə)".

Quş qanadlarını bir-birinə vurar, qanadlarının yelindən cürbəcür sədalar çıxar, haqq-taalanın rəhməti əhli-cəmiyyətin üzərinə leysan yağışı kimi yağar. Belə ki, o quşun səsindən cənnətə lərzə düşər.

Quşa dedilər: "Sən nə üçün fəryad edirsən?" Quş cavab verdi ki, ilahi, mömin bəndələrin ibadətlə məşğul olurlar. Onlara rəhmət tələb edirəm.
Haqq-taaladan xitabi-izzət gəldi ki, ya quş, öz fəzli-kərəmimdən bəndələrimə gündə beş dəfə rəhmət qılıram. Kim gündə beş dəfə namaz qılarsa, ona cəhənnəm odunu göstərməyəcəyəm.

AzNews.az