“28 May” istifadəyə verildi

Artıq metronun "28 May" stansiyasının yeni eskalatorları sərnişinlərin istifadəsinə verilib. Bakı Metropolitenindən verilən məlumata görə, sökülmüş LT tipli 3 ədəd eskalatorun əvəzinə Almaniyanın "Thyssen Krupp" şirkətinin "Viktoriya" tipli 4 ədəd eskalatoru quraşdırılıb. Stansiyadan istifadə zamanı eskalatorların dəyişikliyindən başqa yenilik nəzərə çarpmayıb.

Qeyd edək ki, Bakı Metropoliteninin köhnə stansiyalarının təmiri davam etdiriləcək. 2013-cü ildə "Sahil", "Nizami" və ya "Xətai" stansiyalarından birinin təmirinə başlanacaq.
Metronun genişləndirilməsinə isə 8,4-9,3 milyard manat sərf olunacaq.

Sevinc
AzNews.az