06:42
(077) 610-22-33

Mif və reallıq

  • >
819 16 Sentyabr 2012 14:34 | Cəmiyyət

Əvvəli burada

AzNews.az 1985-ci ildə ABŞ-da Türk-amerika assosiyasiyası assambleyası tərəfindən nəşr edilən "Erməni genosidi. Mif və reallıq" kitabını dilimizə tərcümə edərək, sizə təqdim edir. Günümüzün acı reallığından biri də Ermənistan dövlətinin terroru dəstəkləməsi və həyata keçirilməsində bilavasitə iştirak etməsidir. 

Xüsusilə son günlər Ramil Səfərovun Macarıstandan ölkəmizə ekstradisiyası və Prezident İlham Əliyev tərəfindən əhv edilərək, azadlığa qovuşmasından sonra Azərbaycana və vətəndaşlarımıza qarşı aqressiv olan erməni terror təşkilatlarının hədələri ilə üz-üzə qaldığımız bir ərəfədə tarixi faktlar baxımından bu kitab olduqca böyük əhəmiyyət kəsb edir. 

Kitabda ilk növbədə hamıya məlum olmayan dərc edilmiş faktlar, sənədlər, rəsmi vəzifəli şəxslərin siyahısı, Amerika Birləşmiş Ştatlarının konqresinin stenoqramları, publisistlərin, demoqrafların, tarixçilərin, diplomatların məqalələri əsasında Osmanlı imperiyasında "erməni genosidi" kimi adlandırılan mif ifşa edilir. İlk növbədə erməni terrorizmi – onun əsası, dünyanın müxtəlif ölkələrində hər növ təşkilat və narkotik ticarəti ilə əlaqəsi, onun agentlik şəbəkəsi və törətdiyi cinayətlərin xronologiyası geniş şəkildə və sənədlər əsasında nəzərdən keçirilir. Bu beynəlxalq təhlükəsizlik xidməti üçün ciddi məsələ olub. Kitab mütəxəsislər, o cümlədən, geniş oxucu kütləsi üçündür.

I FƏSİL
Strateji əhəmiyyətli məsələlər


NATO-nun cənub istinadgahı olan (1 çıx. bax) Türkiyə "dünyanın son dərəcə əhəmiyyətli strateji bölgələrindən birində" (2 çıx. bax) yerləşir. Iki qitəni - Avropa və Asiyanı yenən istilaçılar tarix boyunca onu zəbt etmək üçün dəfələrlə cəhdlər göstərmişlər. Bu gün isə Varşava müqaviləsi ölkələri və NATO arasındakı 3600 mili əhatə edən ümumi sahənin üçdə birini Türkiyənin özü müdafiə edir və NATO-nun Avropa üzvləri arasında ən böyük orduya sahibdir. Strategiya sahəsi üzrə amerikalı ekspertlər etiraf edirlər ki, Qərbin müdafiəsində Türkiyə əhəmiyyətli rol oynayır və onun yerləşdiyi ərazini "NATO-nun cənub regionu və Şərqi Aralıq dənizi hövzəsində son dərəcə vacib" dünya regionu" kimi qeyd edirlər. "O, Misir, İsrail və Yaxın Şərqin digər bölgələri üçün kritik əhəmiyyətə malikdir" (3 çıx. bax). Sovet İttifaqı Qara Dəniz Donanmasının Aralıq dənizinə yeganə çıxışı Türkiyə boğazlarından keçir. Qara dəniz donanması isə bütün Sovet hərbi- Dəniz Donanmasının əsas yerüstü hərbi vasitələrinin üçdə birini təşkil edir. Sovet beynəlxalq ticarətinin altmış faizi bu boğazlar vasitəsilə həyata keçirilir.

Ekspertlər Avropa üzvləri üçün Aralıq dənizi boyunca NATO-nun mövqelərinin gücləndirilməsinin həlledici vacib əhəmiyyət daşıdığını vurğulayırlar. Türkiyənin müdafiəsi və Türkiyə boğazlarına nəzarətin etibarlı əllərdə saxlanılması Avropa müdafiəsinin əsas elementdir. Onun şimal və cənub cinahlarının təhlükəsizliyi təmin olunmayınca Qərbi Avropanın müdafiəsi təmin oluna bilməz (6 çıx. bax).
Ikinci dünya müharibəsindən sonra Sovet rəhbəri İosif Stalin Türkiyə boğazlarını ələ keçirtmək, eyni zamanda Türkiyənin şərq əyalətlərini zorla SSRİ-in 15 federativ respublikasından biri olan – Ermənistan Sovet Sosialist Respublikasına birləşdirmək təşəbbüsü ilə Türkiyəyə təzyiq göstərməyə cəhd edirdi (4 çıx. bax). Nəticədə Türkiyə öz üzərinə NATO-nun strateji partnyoru kimi çox vacib vəzifə götürdü.

Türkiyənin NATO-da iştirakı və NATO-nun digər üzvləri ilə sıx əməkdaşlığı Qərb alyansının əlehdarları üçün daimi hədəfə çevrildi. Onlar Türkiyəni NATO-dakı müttəfiqlərindən təcrid etmək üçün təşəbbüslər göstərirlər (1 çıx. bax). Onların metodlarına terrorçuluq və Türkiyəyə qarşı yönəldilmiş destabilizasiya cəhdləri də daxildir (1 çıx. bax). Bir çox erməni terroristlərin məqsədləri onları Türkiyənin bölünməsi vasitəsilə NATO-nun zəiflədilməsilnə çalışanların əlində əsl oyuncağa çevirmişdir.

Bu məqsədlərə aşağıdakılar daxildir:
"sosialist və demokratik müstəqil respublikanın yaradılması (Türkiyədən azad olunmuş ərazilərdə)"...

"Türkiyə tərəfindən erməni xalqına qarşı törədilmiş və hələ də cəzasız qalmış cinayətkar soyqırımın pislənməsi və təzminatın ödənilməsi; işğal olunmuş ərazilərin qaytarılması və erməni millətinə ədalətli kompensasiyanın ödənilməsçi"...(5 çıx. bax)

Türk milli ərazilərinin "azad" olunması (1, 3, 9 çıx. bax) ideyası bir məqsəd kimi, marksist-leninçi, yaxud millətçi təşkilatlar da daxil olmaqla, bütün erməni terrorçu təşkilatlarını birləşdirir (5, 8, 9, 10 çıx. bax). Erməni terrorçuları NATO əlehdarlarının təbii müttəfiqinə çevrilmişlər.
Əlbəttə ki, terrorçuların ərazi ambisiyaları dövləti digər dövlətlərlə təhlükəsizliklə bağlı müştərək müqavilələr bağlamağa vadar iddialardan ibarətdir. NATO üzvü olan digər partnyorları ilə birgə Türkiyə öz siyasi müstəqilliyini və ərazi bütövlüyünün saxlanmasını əsas məqsəd kimi görür. Buna görə də, Qərbin rəqibləri NATO ölkələrində qəbul edilən və türk vətəndaşları tərəfindən Türkiyənin NATO üzvlüyünün əsas məqsədlərini sarsıdan qərarlar olaraq dəyərləndirilən istənilən tədbirdən böyük iyasi həzz alırlar. Bu rəqiblər Türkiyənin gələcəkdə NATO-dakı partnyorlarından təcrid etməyə ümid bəsləyirlər. Əlbəttə ki, Birləşmiş Ştatlarda və digər yerlərdə erməni "soyqırımı" haqqında uydurma bəyanları müdafiə edən, günahsız türklərin və başqalarının terrorçu qətllərinə bəraət qazandıran kampaniyalar həmin rəqiblər tərəfindən alqışlanır və çox güman, dəstəklənir.

Türkiyəni təcrid etmək səylərinin ən təhlükəli təzahürlərindən biri də 70 il öncə Osmanlı imperiyasının şərq bölgəsində ermənilərə qarşı guya "soyqırım" hadisəsinin törədilməsini təsdiqləyən qətnamənin ABŞ konqresində müzakirə edilməsidir. Bu qətnamələr yalnız amerikalı ermənilərin tarixi yaddaşına hörmət əlaməti olan zərərsiz simvolik jest kimi təqdim olunur. Lakin bu qətnamələrin tərifi erməni terroristlərinin öz qətllərinə bəraət qazandırmaq və dayaq və mükafat kimi terrorist kimi mənimsənilmələri bəhanəsinin təsdiqi ilə saxtalaşa bilər (11 çıx. bax).

Belə qətnamələrin tərifinə təşəbbüs Türkiyədə qəzəbə səbəb oldu (7, 12, 13, 14, 15, 16 çıx. bax). Türkiyə ictimaiyyəti qətnamələrə arxa çıxmaq aktını terrorçuluğa arxa olmağa bənzədir. Türk əfkari ümumiyyəsinin bütün təbəqələri, bütün siyasi partiyalar və bütün siyasətə istiqamətlənmiş qəzetlər bu qətnamələri qınadılar. Türkiyənin böyük milli assambleyası bu qətnamələrin tərifinin NATO alyansının özülünü zədələyə biləcəyinə görə ABŞ konqresinə xəbərdarlıq etdi (2 çıx. bax). Erməni "genosid"inə görə hər hansı bir qətnamənin tərifi Türk-Amerika əlaqələri üçün dərin arzu olunmayan nəticə ilə bütün Türkiyədə qəzəb partlayışı təhlükəsi ola bilər.

ABŞ Administrasiyası bizim haraylarımıza şərik olaraq bu qətnamələrin əleyhinə çıxış etdi (7, 11, 17, 18, 19, 20 çıx. bax). Baxmayaraq ki, bu qətnamələrin tərifi hələ də təməldən dağılmayıb, NATO-nin düşmən blokunun adamları öz nifaq strategiyalarını aktiv olaraq davam etdirirlər...

SON HADİSƏLƏR (1986 – 1987)

1985-ci il dekabrın 12-də ABŞ nümayəndələr palatasında keçirilən uzun müzakirələrdən sonra adbaad səsvermənin nəticəsində qətnamə rədd edildi. Hadisələrin bu cür inkişafı onun tərəfdarlarını bu işdən çəkindirmədi və onlar dərhal 24 aprel 1986-cı tarixində (sonradan 1987-ci ilə dəyişdirildi) "1915 – 1923 –cü illər Milli erməni soyqırımı xatirəsi günü"nün elanı elan edilməsi haqqında qətnamə hazırlamağa başladılar.

Bir qədər dəyişdirilmiş ("Türkiyə" sözü "Osmanlı imperiyası" ifadəsi ilə dəyişdirilmişdi) qətnamənin – indi o 132-ci qətnamə kimi tanınır – qəbul edilməsinə çalışan erməni qrupları növbəti dəfə nümayiş etdirdilər ki, bu məsələnin müzakirəsinə israr etməkdə onların gerçək məqsədi tarixi faciənin ABŞ qanunvericiləri tərəfindən qəbul edilməsi yox, Türkiyənin parçalanmasına müvəffəq olmaqdır (21 və 22 çıx. bax).

Həmləvari səylərə baxmayaraq həmin erməni qrupları 132-ci qətnamənin qəbuluna nail ola bilmədilər. Onlar çox əhəmiyyətli bir faktla üzləşdikləri üçün uğursuzluğa düçar oldular. Belə ki, bir çox koqresmen, zəhmətə qatlaşaraq, adi, zərərsiz memorial qətnamə təsiri bağışlayan bu sənədin real məqsədi və niiyyəti ilə bağlı araşdarmalar apardı. Bu təhqiqatın nəticələri poçt və vətəndaş xidmətləri Komitəsində konqresmenlər Frenk Korton, Con T. Meyers, Cin Teylor, Dan Barton və Stefan C. Solyarts tərəfindən bəyan edildi (23 və 24 çıx. bax). Həmin konqresmenlər öz həmkarları tərəfindən dəstəkləndi və beləliklə, nümayəndələr palatası 132-ci qətnaməni qəti olaraq rədd etdi.

Bundan başqa, Reyqan administrasiyası dövlət katibi Corc Şultsun simasında, dövri mətbuatda yazı və bildirişlərlə çıxış edərək, qətnamənin qəti əleyhinə çıxdı (25, 26 və 27 çıx. bax). Bu tədbirin müdafiəçilərinin dövlət katibi tərəfindən rədd olunan əsas arqumentlərdən biri belə bir ittihamla bağlı idi ki, NATO-nun Avropa müttəfiqləri erməni "soyqırımı"nın həqiqiliyini artıq qəbul etmişlər (25 çıx. bax). Dövlət katibi Şults öz qəti əminliyini ifadə etdi ki, 132-ci qətnamənin qəbul edilməsi 1975-ci ildən bu yana 45-dən çox türk diplomatını qətlə yetirmiş erməni terrorçularının əməllərinə haqq qazandırmaq üçün istifadə olunacaq" (26 çıx. bax). Nəhayət, Birləşmiş Ştatların dövlət departamentinin "Kommünike"sində "soyqırım"ın qəbulu ilə bağlı erməni tələbləri alimlər arasında kəskin müzakirə mövzusu olan tarixin birtərəfli versiyası kimi rəsmən rədd edildi (27 çıx. bax).
ABŞ konqresi üzvlərinin Türkiyənin baş naziri Turqut Özala və Türkiyənin Vaşinqtondakı səfiri cənab Şükrü Elekdağa teleqram və məktublarında 132-ci qətnamənin qəbulunun Türk-Amerika əlaqələrinə şübhəsiz zərər yetirəcəyi qeyd olunur (28 və 29 çıx. bax). Baş nazir Özal bir faktı da qeyd etdi ki, birinci dünya müharibəsi dövrünə aid Osmanlı imperiyasının arxiv materiallarının açılması ilə bağlı işlər tamamlanmaq üzrədir və tarixi hadisələr haqqında bütün mühakimələr ixtisaslaşmış mütəxəssislər tərəfindən aparılmalıdır (29 çıx. bax).
Bu məsələ ilə bağlı türk-amerika cəmiyyəti də səssiz qalmadı. Bizim yanaşmamız bütün vasitələrlə – qanunvericilərlə fərdi görüş zamanı, yazı və teleqram formasında (30 çıx. bax) konqresmenlərin hamısına çatdırılmışdır. Bizim müraciətimizdə hər şey aydın idi: qətnamənin mətnində tarixi saxtakarlıqların yer alması bəs deyilmiş kimi, o həmçinin, Amerika türkləri də daxil olmaqla, insanları bütün türk xalqına qarşı terrorçuluğa və nifrətə təşviq edir.

Qısası, bir çox ayrı-ayrı inssanların ümumi səyi 1987-ci ilin avqustunda 132-ci qətnamənin uğursuzluğuna gətirib çıxardı. Təəssüf ki, Türkiyə əleyhinə aparlan müharibənin yalnız bir epizodu idi. Türkiyəni zəif və təcrid olunmuş vəziyyətdə görmək istəyən erməni-amerikan dairələri və bəzi ölkələr bu məsələylə bağlı təşkil olunan bütün forumlarda və hadisələrdə iştirak etməklə öz məqsədlərini həyata keçirmək niyyətindədirlər.
Yalnız daimi və siddi sayıqlıq göstərməklə bu cür səylərin qəti uğursuzluğuna nail olmaq olar.

(ardı var)
AzNews.az 
Bağla X