10:32
(077) 610-22-33

“Peyğəmbərə 40 sual”dan – Səkkizinci sual

  • >
1 018 17 Sentyabr 2012 07:41 | Cəmiyyət

AzNews.az saytı "Stolüstü kitab" rubrikasında çoxunun stolüstü kitabına çevrilən "Peyğəmbərə 40 sual-cavab" kitabından istifadə etməklə, sonuncu peyğəmbər Məhəmmədə (s.ə.s) ünvanlanan sualları və Allahın Rəsulunun cavablarını təqdim edir.


Cənnətdən xəbər ver, ya Məhəmməd. Haqq-taala cənnəti nədən yaratdı, sifətləri nədir və haradadır?

Həzrəti fəxri-aləm cavab verdi ki, haqq-taala cənnəti nurdan yaratdı. Yeddi guşədən ibarətdir. Göylərdədir və bir-birindən çox aralıdır. Hər guşənin də adı var. Birincisinin adı Dar Əs-Səlam, ikincisinin adı Dar-Ül-Qərar, üçüncüsünün adı Cənnəti-Məva, beşincisinin adı Cənnəti-Ədi, altıncısının adı Cənnəti-Nəim, yeddincisinin adı Firdousi-Əladır.

Bu guşələr xalis cəvahirdəndir və hər birinin böyüklüyü beş yüz illik yol məsafəsi qədərdir. Qapılarında yazılmışdır: "İnnə-ləkü", "əz-zibu min qəlalə ilahə illah-lah" – yəni mən o Allaham ki, məndən qeyri Allah yoxdur. Hər kəs bir dəfə dilində "Lailahə illəllah" zikr etsə, mən o qulumu azad etmə kərəmimdən rahat edərəm – buyurur.

AzNews.az
Bağla X