20:00
(077) 610-22-33

“O xəbərləri silin!“ - JEM bəyanat verdi

  • >
1 216 25 Sentyabr 2014 10:00 | Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cəbhə xəttindəki vəziyyətlə bağlı 24 sentyabr 2014-cü il tarixli sərəncamına Jurnalist Ekspert Mərkəzi dərhal reaksiya göstərib.



Dövlət başçısı sərəncamında Prezident Admnistrasiyasına, Müdafiə Nazirliyinə, cəbhə bölgələrinin icra strukturlarına, xüsusən də bu qurumların mətbuat xidmətlərinə ciddi tapşırıqlar verib. İlham Əliyev Azərbaycan mətbuatında, sosial şəbəkələrdə, ümumiyyətlə internet resurslarında düşmənin xeyrinə yayılan xəbərlərin, statusların yazıların monitorinqinin aparılmasının vacibliyini vurğulayıb, Nazirlər Kabinetinə tapşırıb ki, "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatların yayılmasına görə məsuliyyətin gücləndirilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Sərəncamın ümumi məğzi Azərbaycan əhalisinin erməni təxribatlarından, düşmən mətbuatının dezinformasiyalarından qorunmasından ibarətdir. Sərəncamda deyilir: "Prezidentinin Administrasiyası cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinin sakinləri arasında qoşunların dislokasiyası, hərbi-siyasi və əməliyyat şəraiti, hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən digər məlumatların yayılmasının yolverilməzliyi barədə izahat işini təşkil edəcək".

AzNews.az xəbər verir ki, JEM yaydığı bəyanatda Azərbaycan Prezidentinin sərəncamına böyük ehtiyac olduğunu, bu üzdən sənəddə əksini tapan bütün bəndlərin təhlükəsizliyimizə qarant duracağını vurğulayıb: "Jurnalist Ekspert Mərkəzi hələ 2 ay öncə "Düşmən mətbuatına istinada son qoyaq" kampaniyasına başlayıb. Kampaniya çərçivəsində çox sayda tanınmış jurnalist təxribat xarakterli xəbərlər yayanları qınadı, Mərkəzin əməkdaşları baş redaktorlardan sorğular hazırlayıb KİV-ə yaydı. Bundan başqa, JEM sədri Ceyhun Musaoğlu jurnalist satqınlığı mövzusunda yazdığı hekayə də böyük maraqla qarşılandı. Bu o dövrə təsadüf edirdi ki, erməni təxribatçıları - həm əli silahlıları, həm də əli qələmliləri Azərbaycan üzərinə hücuma keçmişdi. Əsgərlərimiz şəhid olurdu. Bəzi mətbuat orqanları isə düşmənin yaydığı xəbərləri tirajlamaqla, deyək ki, bilməyərəkdən onların təxribatlarına dəstək vermiş olurdu ki, nəticədə bütövlükdə ölkə ictimaiyyətində çaşqınlıq yaranmışdı. Bir fakt: Rusiyanın azərbaycanlı vətəndaşları – Dilqəm Əsgərov, Şahbaz Quliyev, Həsən Həsənov Kəlbəcərə ata-babalarının qəbirlərini ziyarət etməyə getmişdilər. Azərbaycanın Xarici İşlər Nazirliyi açıqlamasında onların məhz Rusiyadan əzəli və əbədi torpaqlarımıza səfər etdiyini, bu səfərdə heç bir qanun pozuntusu olmadığını, əksinə, ermənilərin öz ata-baba yurdlarına gedənləri girov saxlamaları ilə beynəlxalq qanunları pozduqlarlnı bəyan etdi. Düşmən mətbuatı isə gözlənildiyi kimi, dinc sakinləri diversant adlandırdı. Azərbaycan mətbuatı bu dezinformasiyanı dərhal tirajladı. Nəticədə ata-baba yurdlarına səfər edən dinc azərbaycanlılardan Həsən Həsənov öldürüldü, iki şəxs diversant kimi dəhşətli işgəncələrə məruz qaldı, Dilqəmin gözləri çıxarıldı. Onlar bu gün də girovluqda işgəncələr içərisində zülm çəkirlər".

Bəyanatda qeyd olunur ki, mətbuatımızın düşmənə istinadən yaydığı xəbərlər, sosial şəbəkələrdəki statuslar hələ də arxivdə qalıb. O məlumatların içərisində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, silahlı birləşmələrin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətinin sayı barədə faktlar var. Prezidentin Sərəncamı belə xəbərlərin, o cümlədən "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa görə dövlət sirri təşkil edən hərbi sahəyə aid digər məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısını almaq məqsədi ilə verilib.

JEM Prezidentin Sərəncamına dəstək vermək məqsədi ilə yaydığı bəyanatda KİV orqanlarına müraciət ünvanlayıb. Müraciətdə deyilir: "Hörmətli həmkarlarımız, düşmənin məkirli niyyətinə xidmət edən xəbərlər əsasən internet resurslarının arxivlərində hələ də qalıb. Sizdən xahiş edirik, həmin xəbərləri, statusları silin. Çünki istənilən vaxt düşmən axtarış sistemlərində bir söz yazmaqla Azərbaycanın dövlət sirrindən xəbər tuta bilər".
Bağla X