00:44
(077) 610-22-33

Ələtdə səyyar görüş keçirildi - FOTO

  • >
935 27 Sentyabr 2014 10:27 | Cəmiyyət

Dünən Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılov Ələt qəsəbə sakinləri ilə növbəti səyyar görüşünü keçirib.



AzNews.az-a daxil olan məlumata görə, görüşdə 200-ə yaxın qəsəbə sakinləri iştirak edib. Qəbula gələn qəsəbə sakinlərindən 15 nəfəri fərdi qaydada dinlənilib. Qəsəbə sakinləri qəsəbədə aparılan quruculuq işlərindən razılıqlarını və ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildirərək onları narahat edən problemlərdən danışıblar. Qaradağ icra başçısı müraciətlərdə qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlarını verib.

Süleyman Mikayılov qəsəbə ərazisində görülən işlər barədə də ətraflı məlumat verib. Qəsəbə ərazisində müxtəlif diametrli 1300 metrlik su xətti yenisi ilə əvəz olunub və Şıxlar yaşayış massinə 450 p/metr uzunluğunda yeni su xətti çəkilib, qəsəbə ərazisində 400-ə yaxın müxtəlif ağac və kollar əkilib. Hal-hazırda 3-cü və 4-cü massivlərdə yeni qaz xətti çəkilişi işləri və mini futbol meydançasının və idman zalının tikintisi davam etdirilir.


Bağla X