Şəhid leytenantla vida mərasimi Ağdam uğrunda gedən döyüşlərdə şəhid olubmuş atası Əbülfəz Baxışovun adını daşıyan küçədə yerləşən mənzilin qarşısında təşkil edilib. Şəhid leytenantla vida mərasimi Ağdam uğrunda gedən döyüşlərdə şəhid olubmuş atası Əbülfəz Baxışovun adını daşıyan küçədə yerləşən mənzilin qarşısında təşkil edilib.

Zabit Şəhidlər Xiyabanında dəfn olundu- Fotolar

Şəhid leytenantla vida mərasimi Ağdam uğrunda gedən döyüşlərdə şəhid olubmuş atası Əbülfəz Baxışovun adını daşıyan küçədə yerləşən mənzilin qarşısında təşkil edilib.


Bu il sentyabrın 27-də Ermənistan silahlı bölmələrinin atəşkəs rejimini növbəti dəfə pozması nəticəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin zabiti, leytenant Baxışlı Allahverdi Əbülfəz oğlu doğulduğu Hacıqabul rayonundakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, dəfn mərasimində Azərbaycan Müdafiə Nazirliyinin yüksək çinli zabitləri, zabitin qulluq etdiyi hərbi hissənin komandir və əsgər heyəti, Hacıqabul və Xocəvənd rayonlarının icra başçıları, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər. Şəhidin dəfn mərasimi fəxri qarovulun müşayəti ilə və yaylım atəşləri altında həyata keçirilib.

Qeyd edək ki, 1991-ci ildə Hacıqabul rayonunda doğulub. Onun atası Əbülfəz Baxışov 1994-cü ildə Ağdamda gedən döyüşlər zamanı şəhid olub. Hacıqabul rayonunda evinin yerləşdiyi küçə hazırda Ə. Baxışovun adını daşıyır.

Allah rəhmət eləsin!

AzNews.az
image description image description image description