05:00
(077) 610-22-33

Oktyabrın 15-dək ilanlardan qorunun

  • >
659 17 Sentyabr 2012 11:40 | Cəmiyyət

Havaların soyumasına baxmayaraq oktyabrın 15-dək ilanlardan qorunmaq tövsiyə olunur. Mərkəzi Klinik Xəstəxananın toksikologiya şöbəsinin müdiri Azər Maqsudov əhaliyə müraciət edərək ilan sancmalarından qorunmağı tövsiyə edib.

Şöbə müdiri bildirib ki, oktyabrın ikinci ongünlüyünə qədər ilan sancmaları tək-tək hallada baş verə bilər: "Həftədə bir dəfə də olsa ilan sancması baş verə bilər. Buna görə də əhali ehtiyatlı olmalıdır".

Ümumilikdə isə bu mövsümdə ilan sancmalarıyla bağlı xəstəxanaya 145 müraciət daxil olub ki, onlardan da 105 nəfəri xəstəxanaya yerləşdirilib. İlan sancmasından 2 ölüm faktı qeydə alınıb. Əqrəb sancması ilə bağlı 50, qaraqurd sancması ilə bağlı isə 38 müraciət qeydə alınıb.

E.Əlosmanqızı
AzNews.az
Bağla X