Havanın temperaturu yüksələcək

Azərbaycanda sabah yağmursuz hava şəraiti gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-20, gündüz 28-33 dərəcə isti olacaq.

Sentyabrın 18-dən 20-dək Abşeron yarımadasında mülayim hava şəraitinin davam etməsi və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir. Azərbaycanın rayonlarında sentyabrın 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.

AzNews.az