Bakı-Sumqayıt yolunda sürət həddi azaldıldı

Bu ilin iyul ayında Respublika Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Sumqayıt yolunda sürət həddinin saatda 110 km-ə qaldırmışdı. Bu qərar yolda hərəkətin daha yaxşı nizamlanması məqsədi ilə verilmişdi. Lakin bu günlərdə sürət həddi yenidən saatda 90 km-ə qədər endirilib. Bəs bunun səbəbi nədir?

Sualın cavabını öyrənmək üçün Milli.az-ın əməkdaşı Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyevlə əlaqə saxlayıb. K.Əliyev həmin yolda nə səbəbdən sürət həddinin azaldılması barədə qərarın nə üçün qəbul olduğunu bilmədiyini deyib. İdarədəki digər mənbə isə bildirib ki, yol nəqliyyat hadisələrinin çoxalması ilə əlaqədar sürət həddi aşağı salınıb.

AzNews.az