Müşfiq Əmirov: “Dayanıqlı saytları heç kim dağıda bilməz” Müşfiq Əmirov: “Dayanıqlı saytları heç kim dağıda bilməz”

Rabitə Nazirliyindən haker hücumlarına rəsmi mövqe

Müşfiq Əmirov: “Dayanıqlı saytları heç kim dağıda bilməz”



"Sayt rəhbərləri özləri keyfiyyətli saytlar yaratmalıdırlar". Bunu AzNews.az-a açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov deyib.

O bildirib ki, xəbər saytlarının idarəçiləri həmin saytların təhlükəsizliklərini təmin etməlidirlər: "Nazirlik də bununla bağlı öz tövsiyyələrini verib. Sayt yaradanda beynəlxalq standartlara, dünya təcrübəsinə əsaslanmaq lazımdır, qaydalara uyğun qurulmalıdır".

Nazirlik sözçüsü əlavə edib ki, haker hücumlarının qarşısı dövlət tərəfindən alına bilməz. Çünki saytları ayrı-ayrı fərdi şəxslər yaradırlar: "Dövlət, sadəcə, kömək edə bilər. Dayanıqlı saytları heç kim dağıda bilməz. Saytları normal qursalar, bu cür problemlərlə qarşılaşmazlar".

M.Əmirov qeyd edib ki, Ramil Səfərov azad ediləndən sonra saytlara intensiv haker hücumları oldu: "Məlum oldu ki, bu hücumlar Ermənistandan gəlir. Amma hazırda saytlar normal fəaliyyət göstərir. Təhdidlər hiss olunmur".

İlkin
AzNews.az