Bir neçə rayonda qaz olmayacaq

Sabirabad, Xaçmaz, Şəki, İmişli və Saatlı rayonlarının qaz təchizatında məhdudiyyətlər yaranacaq.

ARDNŞ-dən AzNews.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar, bu gün saat 10:00-dan 17:00-dək "İsmayıllı", "Talıstan" Qazpaylayıcı Stansiyaları, "Xaçmaz", "Cəfərabad" Avtomatik Qazpaylayıcı Stansiyaları, eləcə də saat 08:00-dan 18:00-dək "Azadkənd-İmişli" magistral qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri müddətində İsmayıllı rayonunun İvanovka, Kürdmaşı və Qubaxəlilli kəndləri istisna olmaqla rayonun "mavi yanacaqla" təmin olunan bütün yaşayış məntəqələrinə, Xaçmaz, Şəki, İmişli, Saatlı və Sabirabad rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.

İlkin
AzNews.az