17:12
(077) 610-22-33

Hüquq-mühafizə orqanları araşdırmalara başladı

  • >
598 19 Sentyabr 2012 09:57 | Cəmiyyət

Ətraf mühitə ziyan vuranları cəza gözləyir



Son 15 gündə Azərbaycanda ətraf mühitə vurduğu ziyana görə hüquq-mühafizə orqanlarına 3, məhkəmələrə 1, icra qruplarına isə 17 iş göndərilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən sentyabr 1-15 tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 116 akt və protokol tərtib olunmuş, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 49 müddətli məcburi göstəriş verilib.

Ümumilikdə, 25 iş üzrə 702717.98 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 19 iş üzrə 1567.74 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 299 iş üzrə 35406.6 manat məbləğində ödəmə tətbiq edilib.

Ədil
AzNews.az
Bağla X