MTRŞ ATV və ANS-ə xəbərdarlıq edib

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dan APA-ya verilən məlumata görə, iclasda "Azad Azərbaycan Teleradio Şirkəti" və "ANS Müstəqil Yayım və Media Şirkəti" tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.

17.09.2012-ci il, 18.09.2012-ci il tarixlərdə, saat 17:00 və 19:00 intervalında ANS televiziyasının efirində yayımlanan "İkinci həyat" verilişində və 17.09.2012-ci il, 18.09.2012-ci il tarixlərdə, saat 17:00 və 19:00 intervalında ATV televiziyasının efirində yayımlanan "Ümid var" verilişində "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın 2.7, 2.8-ci bəndlərinin tələbləri pozulduğundan Milli Televiziya və Radio Şurasının qərarına əsasən "Azad Azərbaycan Teleradio Şirkəti" və "ANS Müstəqil Yayım və Media Şirkəti"nə xəbərdarlıq elan edilib.

AzNews.az