Azərbaycanın elektron dini xəritəsi yaradılacaq

İlk dəfə olaraq Azərbaycanın elektron dini xəritəsi yaradılacaq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK)verilən məlumata görə, xəritədə bütün dini müəssisələr, ibadət yerləri barədə məlumatlar, foto və video görüntülər öz əksini tapacaq.

Dini xəritə DQİDKnin oktyabr ayında istifadəyə verilməsi nəzərdə tutulan yeni internet saytında yerləşdiriləcək.

E. Əlosmanqızı
AzNews.az