01:07
(077) 610-22-33

Yol Polisi Cenifer xəbərdarlığı etdi

  • >
765 21 Sentyabr 2012 13:41 | Cəmiyyət

Bakıda dünya şöhrətli sənətçilərin iştirak etdiyi tədbirlər keçirilən yerlərdə, ona bitişik küçə və prospektlər istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, sentyabrın 22-də günorta saat 13:00-dan etibarən Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən tədbirlə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə paytaxtın yol polisi əhali və sürücülərə məlumat verir ki, qeyd olunan istiqamətlər üzrə şəxsi avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Tədbirdə iştirak edənlər ictimai nəqliyyat vasitələrindən, alternativ yollardan istifadə etməlidirlər. Əsədov bildirib ki, Dövlət Bayraq Meydanı, "Bakı Kristal Zal"ı, Azneft meydanı, Neftçilər prospekti - yəni, Dənizkənar Bulvar boyu, həmçinin Rəşid Behbudov, A.Bakıxanov, Ceyhun Hacıbəyli, Vaqif küçəsi, Qələbə meydanı, T.Bəhrəmov adına Respublika Stadionu ətrafı - yəni, Təbriz küçəsi, Ağaoğlu, Həsənoğlu küçələri, Fətəli xan Xoyski prospektində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq. Buna görə də, sürücülərdən ictimai nəqliyyatdan və alternativ yollardan istifadə etmələri xahiş olunur.

Qeyd edək ki, sentyabrın 22-də Bakıda 17 yaşa qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının açılış mərasimi keçiriləcək. Tədbirdə dünyaca məşhur müğənni Cenifer Lopez və digərləri istirak edəcəklər. Bundan əlavə, müğənnilər "Bakı Kristal Zal"ında konsert proqramı ilə çıxış edəcəklər.

AzNews.az
Bağla X