16 yaşlı yeniyetmənin cinsi azlığın nümayəndəsi kimi təqdim edilməsi anasının etirazına səbəb olub 16 yaşlı yeniyetmənin cinsi azlığın nümayəndəsi kimi təqdim edilməsi anasının etirazına səbəb olub

Narazı ana KİV-ə müraciət etdi

16 yaşlı yeniyetmənin cinsi azlığın nümayəndəsi kimi təqdim edilməsi anasının etirazına səbəb olub



Bakı Ağır Cinayətlər Məhkəməsində 33 yaşlı İslam Abdullayevi qətlə yetirməkdə təqsirləndirilən 16 yaşlı Əli Dadaşovun məhkəməsinə hazırlıq prosesi keçirilib. Məhkəmənin növbəti iclası sentyabrın 25-ə təyin edilib. Ə.Dadaşovun anası İrina Hacıyeva AzNews.az vasitəsilə mətbuat orqanlarına müraciət edib.

Ə.Dadaşovla bağlı məqalə və xəbərlərdə 16 yaşlı yeniyetmənin cinsi azlığın nümayəndəsi kimi təqdim edilməsi, "kişi sevgililər" ifadələrinin işlədilməsi yeniyetmənin anasının etirazına səbəb olub: "Hətta yazırlar ki, oğlum İslam Abdullayevi ona az diqqət yetirməsindən şikayətlənərək qətlə yetirib. Bunlar həqiqəti əks etdirmir.

Ən azından məhkəmə başa çatana və qərar verilənə qədər azyaşlı olduğu, psixoloji durumu nəzərə alınaraq, oğlum barədə belə ifadələrin işlədilməsindən çəkinmələrini xahiş edirəm. Onu da bildirim ki, zərərçəkən şəxsin ailəsi bütün həqiqəti bilir və buna görə də şikayət ərizəsi ilə müraciət etməyib. Həmin şəxs oğlumun azyaşlı olmasından istifadə edərək ona qarşı əxlaqsız hərəkətlər edib. Mətbuatın məsələni bilmədən belə ifadələr işlətməsi ailəmizin narahatlığına səbəb olub. Əminəm ki, məhkəmə baxışı zamanı ədalətli qərar veriləcək və oğlumun hadisəni hansı şəraitdə, niyə törətdiyi məlum olacaq".

E.Əlosmanqızı
AzNews.az