20:00
(077) 610-22-33

Mif və reallıq

  • >
628 22 Sentyabr 2012 09:20 | Cəmiyyət

AzNews.az 1985-ci ildə ABŞ-da Türk-amerika assosiyasiyası assambleyası tərəfindən nəşr edilən "Erməni genosidi. Mif və reallıq" kitabını dilimizə tərcümə edərək, sizə təqdim edir. Günümüzün acı reallığından biri də Ermənistan dövlətinin terroru dəstəkləməsi və həyata keçirilməsində bilavasitə iştirak etməsidir.

Xüsusilə son günlər Ramil Səfərovun Macarıstandan ölkəmizə ekstradisiyası və Prezident İlham Əliyev tərəfindən əhv edilərək, azadlığa qovuşmasından sonra Azərbaycana və vətəndaşlarımıza qarşı aqressiv olan erməni terror təşkilatlarının hədələri ilə üz-üzə qaldığımız bir ərəfədə tarixi faktlar baxımından bu kitab olduqca böyük əhəmiyyət kəsb edir.

Kitabda ilk növbədə hamıya məlum olmayan dərc edilmiş faktlar, sənədlər, rəsmi vəzifəli şəxslərin siyahısı, Amerika Birləşmiş Ştatlarının konqresinin stenoqramları, publisistlərin, demoqrafların, tarixçilərin, diplomatların məqalələri əsasında Osmanlı imperiyasında "erməni genosidi" kimi adlandırılan mif ifşa edilir. İlk növbədə erməni terrorizmi – onun əsası, dünyanın müxtəlif ölkələrində hər növ təşkilat və narkotik ticarəti ilə əlaqəsi, onun agentlik şəbəkəsi və törətdiyi cinayətlərin xronologiyası geniş şəkildə və sənədlər əsasında nəzərdən keçirilir. Bu beynəlxalq təhlükəsizlik xidməti üçün ciddi məsələ olub. Kitab mütəxəsislər, o cümlədən, geniş oxucu kütləsi üçündür.

Çıxarış 7

Bundan başqa, biz ümumi təhlükəsizlik məsələləri ilə bağlı Türkiyəylə əməkdaşlığımızı yüksək qiymətləndiririk və buna ehtiyacımız var. Bu ölkə Avropa, Cənub-qərbi Asiya və dünyanın bu hissəsində kommunikasiya xətlərimizin təhlükəsizliyi üçün böyük önəm daşıyır. Biz sözügedən sənədə emosional münasibəti nəzərə alaraq, bu qətnamələrin qəbul edilməsi ilə bağlı Türkiyə hökumətinin xəbərdarlığına ciddi yanaşmalıyıq: sənədin qəbulu hazırda ölkələrimiz arasındakı rahat və səmərəli əlaqənin qorunması məsələsində Türkiyə iqtidarının imkanlarını kəskin zəiflədə bilər.

Çıxarış 8

Milli siyasi partiyalar da başa düşürlər ki, ermənilərin yeni nəsli silah-sursatla, güclü "eməniçilik"" havası, siyasi cəhətdən yetgin və kəskin ədalət hissi ilə mübarizəyə qalxır. Bu gənc ermənilər erməni torpaqlarının qaytarılması haqqında tələblərin çılğın müdafiəçisi olaraq, siyasi, diplomatik fəaliyyət və digər yollarla Erməni məsələsi ilə bağlı ümumi kursa sadiqdirlər. Geniş istifadə olunan siyasi və diplomatik fəaliyyətlə bərabər son on il ərzində gənc erməni qrupu Erməni məsələsinin beynəlxalq səviyyədə tanınmasına həlledici təsir göstərmişdir.
Bu münasibətlə, biz yenidən və bir daha erməni haqqlarının bərpası məsələsində qeyd-şərtsiz ədalət tələb edirik və:

Tələb edirik ki, türk hökuməti erməni soyqırımına görə məsuliyyət daşıdığını etiraf etsin, erməni xalqına siyasi təzminat vermək məsələsini nəzərdən keçirsin və torpaqları öz qanuni sahiblərinə qaytarsın. Bizim ərazi tələblərimiz yalnız Türkiyəyə aiddir...

Çıxarış 9

Erməni xalqı, demək olar, üç min il öz doğma torpaqlarında – son altı yüz ili isə türk işğalçılarının əsarəti altında yaşayıb. 1915-ci ildə təqiblər özünün pik həddinə çatdı – türk hökuməti öz erməni vətəndaşları ilə bağlı SOYQIRIM aktını planlaşdıraraq, həyata keçirtdi. Milyon yarım erməni məhv edildi, digərləri isə öz doğma torpaqlarından qovuldu. Ermənistanın üç min illik mövcudluqdan sonra orada erməni qalmadı. Sağ qalanlar isə bütün dünyaya səpələndilər. Bu gün Türkiyə işğal etdiyi erməni ərazilərin ermənilərə qaytarılması haqqını qəbul etmir.

Bu gün Türkiyə əcdadlarının törətdiyi genosid aktını gizlədir və beləliklə, bəşəriyyətə qarşı törədilmiş bu cinayətin iştirakçısına çevrilir. ürkiyə bu cinayəti etiraf etməklə və ermənilərə təzminat ödəməklə törətdiyi soyqırıma görə cavab verməlidir.
Ermənilər öz torpaqlarına qayıtmaq və öz doğma torpaqlarında bir millət kimi öz müqəddəratını müəyyən etmək haqqını tələb edir.
Ermənistan Milli Komitəsi

Çıxarış 10

Hökumət də daxil olmaqla türklərin çoxu anlayır ki, erməni terrorçuları dünyanın fərqli qruplarından və dövlətlərindən yardım alırlar. ASALA özü də bu əlaqələri təsdiqləyir. "Biz Baader-Maynhof qrupunu bəyənir və onunla əməkdaşalıq edirik. Biz bütün Avropa inqilabi hərəkatları ilə münasibətlər qurmuşuq".

Çıxarış 11

Əllidən çox türk diplomatı və Amerika vətəndaşı türk millətininə qarşı irəli sürülmüş soyqırım ittihamının hamı tərəfindən qəbul olunmasına çalışan terrorçular tərəfindən qətlə yetirilmişdir. Bu terrorçular soyqırım ittihamını şübhə altına alan amerikalıları təhdid etmiş və onlara qarşı partlayış hadisələri törətmiş, eləcə də, Livanda bizim əməkdaşlarımıza hücum edən və girov götürən terroristləri dəstəkləmişlər. 132-ci qətnamənin qəbul olunması onların amansız kampaniyasının mükafatlandırılması və bu hərəkətlərə haqq qazandırılması anlamına gələrdi.
Bu terrorçuluq kampaniyası soyqırım haqqında məsələni millətçilik hadisəsinə, bütün türkləri narahat edən bir məsələyə çevirmişdir. Onun bəyənilməsi dərhal Türkiyədə Birləşmiş Ştatlara qarşı ictimai reaksiya doğuracaqdır.

Çıxarış 12

Biz əsassız və dəlilsiz erməni bəyənatlarına dair qətnaməylə bağlı müttəfiqimiz, Amerika Birləşmiş Ştatlarının konqresində baş verən hadisələrin gedişini narahatlıqla izləyirik. Ümid etmək istərdik ki, Türkiyə və Amerika Birləşmiş Ştatları arasındakı müttəfiqlik münasibətlərini korlamaq istəyənlərin çirkin niyyətləri ABŞ konqresi tərəfindən dəstəklənməyəcək. Belə bir qətnamənin qəbul edilməsi iki ölkə arasındakı dostluq münasibətlərinə son dərəcə ağır zərbə olardı. Xatırlatmaq istərdik ki, ikitərəfli danışıqlardan əlavə, biz üzərimizə götürdüyümüz öhdəliklərə də sadiqik və müdafiə təşkilatı çərçivəsində ( NATO- red.) birgə varlığımızı və ərazi bütövlüyünün toxunulmazlığını qoruyacağıq. Şübhəsiz, hər iki tərəf bir-birinin milli maraqlarına qarşılıqlı hörmət etməli və üçüncü tərəfə münasibətdə bu maraqları müdafiə etməlidir. Qətnamənin ABŞ konqresi tərəfindən qəbul edilməsi bu gerçəkliyə uyğun olmazdı və birliyimizin ruhuna xələl gətirərdi. Nəticə etibarilə, Türkiyə belə bir aksiyaya laqeyid qala bilməyəcək və müvafiq qərarlar verməyə məcbur olacaqdır. Biz öz fikirlərimiz haqqında konqresi və amerika ictimaiyyətini vaxtında məlumatlandırmağı özümüzə borc bilirik və bunu qətiyyətlə bəyan edirik.
Mənbə: hər üç siyasi partiyanın deputatları və müstəqil parlament qruplarının nümayəndələri tərəfindən imzalanmış və bütün Türkiyə parlament üzvlərinin yekdilliklə dəstəklənimş 4 dekabr 1985-ci il tarixli qətnamənin mətni.

Çıxarış 13

İki böyük xalq arasındakı əməkdaşlığa və dostluğa xələl gətirən bu kədərli hadisə, əlbəttə ki, Türkiyə Böyük Millət Məclisi üzvləri tərəfindən siddi narahatlıqla qarşılanmışdır.
Cənab Spiker, bunun kimi, həqiqətən də, zərəli qətnamələrin qəbul edilməsinin doğuracağı təhlükəli nəticələrdən danışmayacağam.

Biz terrorizmin bütün formaları ilə mübarizədə Birləşmiş Ştatlar konqresinin qəti və sarsılmaz mövqe nümayiş etdirdiyinə inanırıq. Lakin 192 saylı qətnamənin qəbulu bu mövqedən imtina demək olardı. Hazırki qətnamənin bəyənilməsi, yaxud onun məzmununun qanuni olaraq təsdiqlənməsi, şübhəsiz, terorizmin güclənməsinə, digər dövlətlərin, o cümlədən də, Amerika Birləşmiş Ştatları vətəndaşları da daxil olmaqla, günahsız türk diplomatlarının və vəzifəli şəxslərin davamlı qətlininə gətirib çıxarardı.

Çıxarış 14

Mən, "Erməni soyqırımı haqqında qətnamə"" (rəsmi olaraq "İnsanın insana qarşı törətdiyi qəddarlığın milli anım günü"" kimi tanınır) adlanan 192 saylı qətnamə tərəfdarlarının bu qanun layihəsini dekabr ayının ilk həftəsində yenidən baxılması üçün palataya təqdim etməyə hazırlaşdıqları haqqında məlumat almışam...

Bildiyiniz kimi, 1984-cü ildə ABŞ nümayəndələr palatası tərəfindən buna bənzər qətnamənin qəbulu, türk dövlətinin bütün təbəqlərində kəskin reaksiyaya ilə qarşılanmışdı. Bu, parlamentdən türk –amerikan münasibətlərinə əsaslı şəkildə yenidən baxılması tələblərini gündəmə gətirdi və baş nazirin cəhdləri nəticəsində bu prosesin qarşısı çətinlikə alındı. Bu aylarda türk ictimai fikri qətnamədə öz əksini tapan, qondarma erməni iddialarına qarşı daha da həssas olmuşdu. Nəticədə türk cəmiyyətində belə qənaət formalaşdı ki, bu cür qətnamənin qəbul edilməsi, ən yaxın müttəfiqinin Türkyəyə xəyanətindən başqa bir şey deyildir. Türk xalqının həssalığı indi elə səviyyədədir ki, 192 saylı qətnamə qəbul olunsa, bu dəfə daha ciddi insident yaşana iblər.

Mənbə: Türkiyənin xarici işlər naziri əlahəzrət Vahid Xələfoğlunun, ABŞ-ın dövlət katibi möhtərəm Corc P.Şultsa 25 noyabr 1985-ci il tarixli məktubu.

Ardı var
AzNews.az
Bağla X