19:03
(077) 610-22-33

Sabahdan hava soyuyacaq

  • >
448 22 Sentyabr 2012 11:00 | Cəmiyyət

Yağış yağacağı gözlənilir



Bazar günü Azərbaycan paytaxtında qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcək, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi günün ikinci yarısında güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 17-21, günün birinci yarısında 29-31, axşama doğru 22 dərəcəyə yaxın olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gecə və səhər bəzi dağlıq rayonlarda duman, çiskin olacağı, lakin günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 26-31, dağlarda gecə 10-14, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Bir müddət davam edən mülayim və isti hava şəraitinin sentyabrın 23-ü axşamdan 25-dək qısamüddətli dəyişməsi, xəzri küləyinin arabir güclənməsi, atmosfer təzyiqinin xeyli yüksəlməsi və temperaturun ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.


Sevinc
AzNews.az
Bağla X